Şənbə , Noyabr 7 2026
azfa

Türkiyə Zəfər Günü ilə bağlı F-16-ları Azərbaycana göndərir

GADTB: Noyabrın 8-də Zəfər Günü münasibətilə Bakıda keçiriləcək hərbi paradda Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcısı iştirak edəcək.

Bunu Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk həftəlik brifinqdə deyib.

“Azərbaycanın Zəfər Günü münasibətilə keçiriləcək təntənəli tədbirlərdə Türkiyə Respublikasının Prezident Qvardiyasının nümayəndə heyəti və Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd F-16 qırıcısı da iştirak edəcək”, – o qeyd edib.

Qeyd edək ki, Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr edilmiş parad keçiriləcək.

Parad noyabrın 8-də paytaxtın Azadlıq meydanında təşkil olunacaq.

Həmçinin yoxlayın

İran uzun müddətdən sonra nüvə proqramının məhdudlaşdırılması planını nəzərdən keçirir

GADTB: ABŞ rəsmisi və danışıqlardan xəbərdar olan bir diplomat “The Times of Israel” qəzetinə bildiriblər …

Telegraph: Müctəba Xamenei Putindən S-400 hava hücumundan müdafiə sistemlərinin verilməsini istəyib

GADTB: Böyük Britaniyanın “The Telegraph” qəzeti yüksək rütbəli iranlı məmura istinadən yazıb ki, İran İslam …