Şənbə , Noyabr 7 2026
azfa

Zəncanda əhalidən simvolik etiraz: “Su yoxdur, pul yoxdur, sanksiya var” -Video

GADTB: Zəncan şəhərində bir qrup əhali şəhərin piyada körpülərindən birinə “Psixoloji savaş? Su yoxdur, pul yoxdur, sanksiya var” sözləri yazılmış plakat asaraq İran hakimiyyətinin idarəçilik uğursuzluğuna, su böhranına və ağırlaşan yaşam şəraitinə etiraz ediblər.

Güney Azərbaycanın Zəncan şəhərində keçirilən bu aksiya hökumətin iqtisadi böhran, su problemi və sosial tələblərə cavabsız yanaşmasına qarşı bir xəbərdarlıq mahiyyəti daşıyır.

Güney Azərbaycan bölgələrində işsizlik səviyyəsinin rekord həddə çatdığı, insanların gündən-günə yoxsullaşdığı, nəzarətsiz inflyasiyanın və ağır iqtisadi siyasətlərin xalqın bütün maddi imkanlarını tükətdiyi bildirilir.

Bundan başqa, hökumətin ayrı-seçkilik siyasəti nəticəsində Urmiya gölünün quruması, içməli su qıtlığının daha da dərinləşməsi və ekologiyanın fəlakət həddinə yaxınlaşması vətəndaş narazılığını artıran əsas amillərdən biri kimi göstərilir.

Etirazçıların sözlərinə görə, “Su yoxdur, pul yoxdur, amma sanksiya var!” ifadəsi hökumətin ölkəni böhrana sürüklədiyi halda, məsuliyyəti xarici təzyiqlərin üzərinə atmasına ironik cavabdır.

Son illərdə Güney Azərbaycan türkləri və digər bölgələrdəki xalqlar hesab edirlər ki, sanksiyalar hakimiyyət üçün bəhanəyə çevrilib. Onların fikrincə, hökumət elitası və siyasi qruplar “sanksiya” adı altında həm daxili repressiyaları, həm də maliyyə korrupsiyasını gizlətməyə çalışır. Buna görə də bir çoxları hakimiyyət dairələrini “sanksiya tüccarları” adlandırır.

https://t.me/GADTB1/46157

Həmçinin yoxlayın

İran uzun müddətdən sonra nüvə proqramının məhdudlaşdırılması planını nəzərdən keçirir

GADTB: ABŞ rəsmisi və danışıqlardan xəbərdar olan bir diplomat “The Times of Israel” qəzetinə bildiriblər …

Telegraph: Müctəba Xamenei Putindən S-400 hava hücumundan müdafiə sistemlərinin verilməsini istəyib

GADTB: Böyük Britaniyanın “The Telegraph” qəzeti yüksək rütbəli iranlı məmura istinadən yazıb ki, İran İslam …