Cümə axşamı , Sentyabr 17 2026
azfa

Türkiyədə “Çoxmillətli NATO qərargahı” yaradılacaq

GADTB: Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyədə yeni NATO qərargahının yaradılması üçün işlərin davam etdiyini təsdiqlədi.

Nazirlik 26 martda keçirilən həftəlik mətbuat konfransında NATO-nun “Cənub-Şərq Regional Planı” çərçivəsində yeni Korpus Qərargahının yaradılması üçün 2023-cü ildə əmr verdiyini və bu məsələ ilə bağlı 2024-cü ildə NATO-ya bəyannamə təqdim edildiyini bildirdi.

Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlaması jurnalist Barış Terkoğlunun 23 martda “Cümhuriyyət” qəzetində yazdığı köşə yazısından və CHP Qaziantep millət vəkili Həsən Öztürkmənin Türkiyə Böyük Millət Məclisində məsələni qaldırmasından sonra verildi.

24 martda etdiyi çıxışında Öztürkmen korpus qərargahı məsələsinin Yaxın Şərqdə müharibə davam edərkən gündəmə gəlməsini “diqqətəlayiq” hesab etdiyini bildirdi və soruşdu: “Ölkəmizin və bölgəmizin təhlükəsizliyi üçün ictimaiyyətə təcili məlumat verilməlidir. NATO korpusunun Türkiyədə nə işi var?”

Milli Müdafiə Nazirliyinin açıqlamasına görə, Altıncı Korpus Komandanlığına yeni NATO qərargahının ehtiyaclarını ödəmək tapşırığı verilib və “milli əsas kadrlara zəruri təyinatlar” edilib.

Nazirliyin açıqlamasında aşağıdakılar da yer alıb:

“Qərargahın çoxmillətli bir quruluşa çevrilməsi üçün işlər NATO orqanları ilə əlaqələndirilərək aparılır və NATO prosedurları hələ başa çatmadığı üçün təsdiq prosesi davam edir. Qərargahın hələ təsdiq edilmiş loqosu da yoxdur.”

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …