Şənbə , Oktyabr 17 2026
azfa

Türkiyədən F-35 açıqlaması

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Türkiyə F-35 qırıcıları ilə bağlı proqramın bir parçası olsa da, bir müddət sonra bu layihədən haqsız şəkildə kənarlaşdırıldı. Bəhanə olaraq Rusiyadan alınan S-400 sistemlərini səbəb gətirdilər.

Bunu ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan jurnalistlərə açıqlamasında deyib.

“Biz yenə F-35 məsələsi ilə bağlı mövqeyimizi qoruyuruq. Yəni, Türkiyə bu layihəyə ödəniş edib, alınası təyyarələr var. Təbii ki, Ankara bu məsələləri geniş, açıq şəkildə danışmağa və müzakirə etməyə hər zaman hazırdır. İndiki mərhələdə biz inanırıq ki, faktiki olaraq bu məsələləri müxtəlif aspektlərdən müzakirə edə bilərik. Düşünürük ki, ABŞ da bu məsələdə açıq fikirli olmalıdır. Hazırda məsələ ilə bağlı müəyyən fikir mübadiləsi aparılır”, – XİN başçısı bildirib.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …