Cümə , Oktyabr 16 2026
azfa

Təbrizdə azərbaycanlı fəalın azadlıq tələbilə aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, təbrizdə bir qrup azərbaycanlı fəal molla rejimin həbs etdiyi Mürtəza Pərvinə azadlıq tələbilə körpülərdən üzərində fəalın şəkli olan və şüarlar yazılmış banner asıblar.

Azərbaycanlı fəalın keçirdiyi aclıq aksiyasının 14-cü günü münasibətilə Güney Azərbaycan Milli Hərəkatının fəalları həmin aksiyanı keçiriblər.

Təbriz şəhərində yerləşən körpülərin birində siyasi məhbus Mürtəza Pərvin Cüdanın rəsmi olan iri banner asılıb.  Bannerin üzərində “Pərvin Cüda azad olunmalıdır” şüarı yazılıb.

Qeyd edək ki, bu gün Azərbaycanlı fəalların təkidi ilə Mürtəza Pərvin aclıq aksiyasına son verib.

Həmçinin yoxlayın

Terror təşkilat olan İran Kürdüstanı Demokrat Partiyası Qərbi Azərbaycana qarşı ərazi iddialarını yenidən gündəmə gətirib

GADTB: İran Kürdüstanı Demokrat Partiyasının mərkəzi saytı “Böyük Kürdüstan” adlandırılan ərazinin xəritəsini yenidən yayımlayaraq Qərbi …

İsrail ordusu İrana qarşı məqsədli hücum üçün ən yüksək hazırlıq səviyyəsinə gətirilib

GADTB: “İsrael Hayom” nəşri xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi təlimlər …