Çərşənbə , Aprel 16 2025
azfa

Türkiyənin də qatıldığı Avropa Birliyi ölkələri Ukraynaya görə toplaşır

GADTB: Türkiyənin xarici işlər naziri Hakan Fidan Prezident Rəcəb Tayyib Ərdoğanın adından Ukrayna məsələsilə bağlı sabah Londonda toplaşacaq Avropa liderlərinin sammitinə qatılacaq.

Xəbər Türkiyə KİV-lərinə diplomatik mənbələrdən bildirilib.

Hakan Fidanın Londonda Rusiya-Ukrayna müharibəsi ilə bağlı mövzuları, o cümlədən ABŞ Prezidenti Donald Trampın danışıqlara yönəlmiş son addımlarını, Türkiyənin prosesə verə biləcəyi töhfələri müzakirə edəcəyi, Ankaranın Ukraynanın müstəqilliyi və suverenliyinə dəstəyini təsdiq edəcəyi gözlənilir.

Bundan əlavə, Fidanın 2022-ci ilin martındakı kimi Türkiyənin Rusiya və Ukrayna arasında birbaşa danışıqlara ev sahibliyini yenə öz üzərinə götürməyə hazır olduğunu vurğulaması gözlənilir.

Ukrayna ilə bağlı sabahkı iclasa Böyük Britaniyanın baş naziri Key Starmer ev sahibliyi edəcək. Görüşdə Rusiya-Ukrayna müharibəsi kontekstində cari hadisələrin və Avropanın təhlükəsizliyi ilə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir.

Görüşə Fidanla yanaşı, Ukrayna, Almaniya, Fransa, İtaliya, Danimarka, Hollandiya, Norveç, Polşa, İspaniya, Finlandiya, İsveç, Çexiya, Rumıniya, həmçinin NATO və Avropa İttifaqının rəhbərləri də dəvət olunub.

Həmçinin yoxlayın

Azərbaycanda “Traxtur” komandas üçün marş bəstələnib

GADTB: Azərbaycanda “Traxtur” komandas üçün marş bəstələnib. Azərbaycanın Xalq artisti, bəstəkar Faiq Sücəddinov Güney Azərbaycanın …

TÜRKPA-ya üzv ölkələrin parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclası keçirilib

GADTB: Bakıda TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclası keçirilib. İclasda …