Cümə axşamı , Yanvar 9 2025
azfa

Türkiyənin ilk təyyarə zavodu yenidən işə başlayır

GADTB: Türkiyənin Kayseri vilayətində təyyarə və helikopter hissələri istehsal edən ilk aviasiya zavodu olan TOMTAŞ yenidən işə başlayacaq.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Məlikqazi bölgəsində tikilən zavodun yenidən işə salınması üçün 205 milyon lirə sərmayə qoyulub. İlk mərhələdə TOMTAŞ-da 50 nəfər işlə təmin olunacaq.

Zavodda qanadlar, qapılar, idarəetmə panelləri və digər təyyarə hissələri, həmçinin helikopter pərvanələri və mühərrik hissələrinin istehsalı planlaşdırılır. Müəssisə ildə 420 min kq-a yaxın məhsul istehsal edə biləcək. Ümumilikdə zavoddan 10 milyon 207 min 500 dollarlıq avadanlıq alınacaq.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Süngün mədənində böyük mis ehtiyatları aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin taladığı Güney Azərbaycanın Süngün mədənində …

Baxımsızlıq üzündən Marağadakı tarixi Xudayari evi tamamilə məhv olmaq üzrədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi müstəmləkə siyasəti və ögey münasibəti …