Bazar , Sentyabr 20 2026
azfa

Azərbaycanlı vəkil mükafatlandırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almaniyada tanınmış azərbaycanlı hüquqşünas və vəkil Sina Yusifi və daha beş vəkil Mustafa Nili, Məhəmməd Nəcəfi, Səid Ətai Keçovi, Giti Şafei və Əmirsalar Davudiyə Holtfort mükafatı təqdim edilib. Bubarədə Təbriz sakini azərbaycanlı vəkil Sina Yusifi məlumat yayıb.

Almaniyada qeyri-hökumət mükafatı olan Holtfort mükafatı vəkillərə insan haqları sahəsindəki fəaliyyətlərinə görə verilir.

Holtfort Fondu hər il bu sahədə fəal olan hüquq müdafiəçilərini və hüquqşünasların fəaliyyətlərini qiymətləndirir və seçilənlərə mükafatlar verir.

Azərbaycan İnsan Haqları Təşkilatının vitse-prezidenti Sina Yusifi bundan əvvəl İranda müxtəlif vaxtlarda Azərbaycan Milli Hərəkatının həbs edilən bir sıra fəallarını müdafiə edib. O özü də molla rejimi tərəfindən təzyiqərər məruz qalıb.

Həmçinin yoxlayın

Xiyavda üzüm festivalı misli görünməmiş maraqla qarşılanıb – Video

GADTB: Xiyavda keçirilən Üzüm Festivalı şəhər sakinləri və tədbirə maraq göstərənlərin geniş iştirakı ilə baş …

Netanyahu: Yaxın Şərqi dəyişdirdik, missiyamızı tamamlayacağıq

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …