Türkiyənin “Sipər”i yeni sınaqdan uğurla keçdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin yerli zenit-raket kompleksi “Sipər” son sınaqlarda yüksək sürətlə 100 kilometrdəki hədəfə çatıb.

Bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir deyib.

“Sipər” uzaqmənzilli zenit-raket kompleksimiz addım-addım yüksəlir. Son sınaq atışında “Sipər” yüksək sürətli hədəflərə qarşı 100 kilometrə çata bildiyini göstərdi. “Sipər” bu uğurlu zərbə ilə daha bir mərhələni tamamladı”, – Dəmir bildirib.

Qeyd edək ki, “Sabah” qəzeti türk sistemlərinin S-400 və “Patriot” sistemlərinə alternativ olacağını yazır.

Həmçinin yoxlayın

Molla rejimi danışıqların getdiyi bir vaxtda uran zənginləşdirməsini sürətləndirdi

GADTB: Guardian nəşri yazır ki, molla rejimi qeyri-adi qərarla İran qabaqcıl IR-9 sentrifuqalarına yanacaq vurmağa …

Türküstanda uzun müddət axtarılan orta əsr şəhəri tapıldı

GADTB: Qazaxıstanın Jetisu vilayətində “Petroqlif ovçuları” İctimai Fondunun komandası ehtimal edilən orta əsr şəhərinin qalıqlarını …