Cümə , Aprel 19 2024
azfa

Türklərini təhqir edən serialın ssenari müəllifi etirazlardan sonra üzr istədi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, “İmarətin xanımı” serialının ssenari müəllifi Ehsan Cavanmərd çəkdiyi serialda Azərbaycan türklərinin tərkibində yaşayan Xələc türlərini təhqir etdiyi üçün etirazlardan sonra üzr istəyib.

Ehsan Cavanmərd bu barədə yaydığı videoda irqçi hərəkətinə görə üzr istəyərək deyib ki, təssüflə İran mədəniyyətində ölkədə yaşayan digər millətlərə qarşı çoxlu təhqiramiz ifadələr və atalar sözü formalaşıb. Ona görə də diqqətsizlik edərək serialda həmin təhqiramiz məsəllərdən istifadə edib.

O xələc türklərinə qarşı edilən təhqirmiz ifadənin mənasını diqqət başa düşmədiyini bildirib.

Ehsan Cavanmərd farsların məsəllərində belə təhqirlərin olduğunu bildirərək, bunu qəsdən etmədiyini və ona sosial şəbəkələrdə etiraz bildirən türklərə haqq verdiyini deyib və onlardan üzr istəyib.

Qeyd edək ki, dekabrın 24-də İranın 3-cü telekanalında yayımlanan “İmarətin xanımı” serialının 22-ci bölümündə “eşşəyin dilini xələc bilir, sənin dilini mən bilirəm” təhqiramiz ifadə səslənib. Bu isə türklərin etirazıba səbəb olub.

Həmçinin yoxlayın

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Ağdamda Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır Bu barədə …

Molla rejimi daha iki azərbaycanlı fəalı prokurorluğa çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarından …

Bir cavab yazın