Bazar ertəsi , Noyabr 16 2026
azfa

Türklərin Qut eli – Kuti dövləti

GADTB: Urmu nəzəriyyəsini əsas götürsək və dərindən araşdırılmasına ehtiyac duyulan əsgi Azərbaycan dövlətlərini tədqiq etsək  ümumtürk və dünya tarix elminə böyük töhfələr vermiş olarıq.

Qut eli haqqında bilgiləri biz mixi yazılı qaynaqlardan əldən edirik. Lakin Azərbaycanın 70 il SSR-nin tərkibində qalması, Azərbaycan tarixinin xaricilər və özünü SSR ideologiyasına həsr etmiş şəxslər tərəfindən öyrənilməsi, bilgilərin saxtalaşdırılmasına səbəb olmuşdur. Bizim dönəmdən öncə 2200-cü ildə Urmu gölü ilə Kərkük arasında qurulan Qut eli qısa zaman sonra Elolmuş ( mixi yazılı qaynaqlarda onun adı Elulumeş kimi yazılır ) elxan tərəfindən imperiyaya çevrilmişdir.

Qut elinin digər dövlətlərdən əsas fərqi ondan ibarət idi ki, bu dövlət despotik rejim tərəfindən deyil, requlyar seçki ilə dövlət başına keçən elbəylər tərəfindən demokratik türk törəsi ilə idarə olunurdu. Qut elinə tabe olmuş Elam, Akad və Şumer kimi ölkələrdə yerli  hakim sülalələrinin, bürokrat idarəçilik üsulunun saxlanılması və əyalətlərə yerli özünüidarə üsulunun tədbiqi, uzun müddət regionda sabitliyin davam etməsinə təsir etmişdir. Şumer mədəniyyətinin renesans çağının bu dönəmə düşməsi açıq-aşkar göstəriri ki, Qut eli demokratik türk törəsi ilə idarə olunmuşdur. İndi isə Qut eli hökmdarlarının- Elxanlarının adlarının mixi yazılarına əsasən bərpa edilmiş  və türkcə formaları ilə tanış olaq:

İngesüz- İngeşuş

Sarlaqaba ( Azarlaqaba )- Sarlaqab ( Asarlaqab )

Azarlaq- Asarlaq Elbəy deyil, Qut bəyinin adıdır.

Yarlaqaş- Yarlaqaş

Elulumeş- Elolmuş

İnimabakeş- İnim Abakeş

Yarlaqaba- Yarlaqab

Yarlaqata- Yarlaqanda

İbate- İbad

Kurum- Kurum

Laerabum- Luəraba

İrarum- İrər

İbranum- İbran ( İmran )

Trikan- Türükan

Araşdırlması çox vacib olan Qut eli tarixi türk tarixi dövlətçiliyinin qaranquşudur.

Tariximizi öyrənək qoruyaq və yaşadaq…

Türkologiya Araşdırma Mərkəzi

Nağı Nağıoğlu ( Səfərtürk )

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …

Bir cavab yazın