Şənbə , İyun 22 2024
azfa

Türkmən fəal helikoper qəzası barədə paylaşımına görə həbs edilib

GADTB: Quçan şəhərində yaşayan sosial media fəalı Rza Bəbrnejad həbs edilib.

Bu gün səhər saatlarında təhlükəsizlik məmurları türkmən fəalın yaşadığı evə basqın edərək onu özləri ilə aparıblar.

Rza Bəbrnejad İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması barəsindəki paylaşımına görə saxlanılıb.

Rza Bəbrnejadın qardaşı Mehdi Bəbrnejad 2022-ci ilin sentyabr ayında başlayan etiraz aksiyaları zamanı polislər tərəfindən güllələnərək öldürülüb.

Onun özü isə dinc fəaliyyətlərinə görə bir neçə dəfə təqib və təzyiqlərə məruz qalıb.

Qeyd edək ki, helikopter qəzasından sonra İran Polis Komandanlığı media və sosial media fəallarına xəbərdarlıq müraciəti yayıb./ Azad İran

Həmçinin yoxlayın

Ermənilər Kəlbəcəri atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı …

“Fronline Defenders” molla rejimin həbs etdiyi azərbaycanlı vəkil ilə bağlı bəyanat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 20-də “Frontline Defenders” İnsan Haqları Təşkilatı bəyanat …