Bazar ertəsi , Noyabr 16 2026
azfa

Türkmanların seçki saxtakarlığına etirazı davam edir

GADTB-nin Mətbuat Mərkəzinin Axar.az satına istinadən yaydığı məlumata görə, seçkilərdə saxtakarlıq olmasına baxmayaraq hökumət hər hansı bir reaksiya vermədiyinə görə türkmanların nümayişləri üçüncü həftədə də davam edəcək.

Bu sözləri İraq Türkman Cəbhəsinin lideri Ərşad Salehi deyib. Onun sözlərinə görə, türkmanların seçki vərəqələrinin əllə sayılması tələbi yerinə yetirilməyəcəyi halda nümayişlər Bağdadda davam etdiriləcək.

“Xüsusən hökumət yaradılması prosesində türkmanları çətin günlər gözləyir. Hökumət yaradılması prosesində mümkün bir şiə-kürd koalisiyası formalaşdırılacağı halda Kərkükün siyasi sövdələşmə halına gələcəyindən narahatıq. Ərəblər yanımızdadır, kürdlərin də bir qismi bizi dəstəkləyir”, – Salehi bildirib.

Xatırladaq ki, İraqda keçirilən seçkilərdə türkmanların kompakt yaşadığı ərazilərdə səslərin kürdlərin xeyrinə dəyişdirildiyi iddia edilmişdi.

 

Həmçinin yoxlayın

Təbrizdəki Almaniya konsulluğunun binası fiziki zədələrə məruz qalıb və baxımsız vəziyyətdədir

GADTB: Təbrizin tarixi Barnava məhəlləsində vaxtilə Almaniya konsulluğunun fəaliyyət göstərdiyi bir malikanə yerləşir. Bu bina …

İraq hökuməti Haşdi-Şabinin silah və bazalarını yoxlayır

GADTB: İraqın baş nazirinin göstərişi ilə bu ölkənin Kəşfiyyat Xidməti Bağdad ətrafında Haşdi-Şabiyə məxsus qərargah …

Bir cavab yazın