Şənbə , Aprel 27 2024
azfa

Türküstan böyük güclərin rəqabət mərkəzinə çevrilir

GADTB-nin Mətbuat Mərkəzinin Axar.az-a istinadən yaydığı məlumata görə, son illər dünyada geosiyasi vəziyyət xeyli dəyişib. Xüsusilə, Mərkəzi Asiya böyük güclərin rəqabət arenasına çevrilməkdədir.

Bu sözləri açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, Trampın hakimiyyətə gəlməsi ilə Qərb-Rusiya, Çin-ABŞ münasibətlərinin kəskin şəkildə pisləşməsi fonunda müəyyən ziddiyyətlər yaşanır:

“Əlbəttə ki, bu səbəblə də qlobal güclər öz mövqelərini digər regionlarda möhkəmləndirməyə çalışırlar. Xüsusilə də ABŞ, Rusiya, Çin və Avropa İttifaqı kimi böyük oyunçular özlərinə yaxın regionlarda dayaqlarını gücləndirmək və bu regionları öz maraq dairələrinə çəkməklə, oradakı ölkələri cari geosiyasi planlarında istifadə etmək niyyətindədirlər. Böyük resurs mənbəyinə malik olan Mərkəzi Asiya da bunun üçün ən əlverişli regiondur, üstəlik, Çin, Rusiya və Avropa İttifaqı sərhədlərinin yaxınlığında yerləşir. Təbii ki, bu da böyük güclərin marağından yan keçə bilməz. Ona görə də son vaxtlar böyük güclərin siyasətlərində Mərkəzi Asiyaya nəzarət böyük rol tutmağa başlayıb. ABŞ bu regionda, xüsusilə də Əfqanıstanda çox fəal siyasət həyata keçirir. ABŞ çalışır ki, Mərkəzi Asiyanı öz layihələrinə çəksin və bu region vasitəsilə Əfqanıstanda öz dayaqlarını möhkəmləndirsin. ABŞ Əfqanıstan siyasətində həm də tranzit nöqteyi-nəzərindən Mərkəzi Asiya dövlətlərinin rolunu artırmaq istəyir”.

Ekspert bildirib ki, böyük güclərin bu marağı Mərkəzi Asiyanın (Türküstanın) xarici siyasi aktivliyinin artdığı dövrə təsadüf edir:

“Belə ki, bütün Mərkəzi Asiya ölkələri də öz növbələrində xarici siyasətlərində aktivlik göstərməyə çalışırlar. Bu aktivlik son günlər Özbəkistanın siyasətində daha çox nəzərə çarpır. Özbəkistan çalışır ki, dünya gücləri ilə sıx əlaqələr qursun. Nəticə etibarilə hazırda Yəni Mərkəzi Asiya dörd gücün maraq dairəsindədir və onların atdıqları addımlar getdikcə intensivləşir. Bununla belə, Mərkəzi Asiya ölkələri də çalışırlar ki, regiona maraq göstərən böyük güclərə şərtlərini diqtə etsinlər və bundan mənfəət əldə etsinlər. Bu fonda, martda Qazaxıstanda Mərkəzi Asiya liderlərinin toplantısında bütün bu məsələlərin müzakirə olunması təsadüf deyildi”.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın