Türküstanda uzun müddət axtarılan orta əsr şəhəri tapıldı

GADTB: Qazaxıstanın Jetisu vilayətində “Petroqlif ovçuları” İctimai Fondunun komandası ehtimal edilən orta əsr şəhərinin qalıqlarını aşkar edib.

Bu barədə təşkilatın təsisçisi Olqa Qumirova bildirib.

“Görünür, uzun müddətdir axtarılan orta əsr şəhərini nəhayət ki, aşkar etmişik. Onun haqqında yazılı mənbələrdə məlumatlar mövcuddur və artıq arxeoloqlar da bu barədə məlumatlıdır. Əvvəlcə karxanada kərpiclə hörülmüş divar qalıqlarına və möcüzəvi şəkildə bu günə qədər salamat qalmış bir qülləyə rast gəldik. Daha sonra torpaqda təbii şəkildə formalaşmış divar izləri müşahidə olundu. Həmin divardan isə orta əsrlərə aid, əridilərək təmizlənmiş kərpiclər çıxarıldı. Məlumata görə, bu şəhər monqol işğalı zamanı amansızcasına yandırılıb”, – deyə Olqa Qumirova vurğulayıb.

Onun sözlərinə görə, aşkar edilən şəhər Böyük İpək Yolu üzərində yerləşir.

Həmçinin yoxlayın

Molla rejimi danışıqların getdiyi bir vaxtda uran zənginləşdirməsini sürətləndirdi

GADTB: Guardian nəşri yazır ki, molla rejimi qeyri-adi qərarla İran qabaqcıl IR-9 sentrifuqalarına yanacaq vurmağa …

Molla rejimin Evin zindanında həbsdə saxladığı azərbaycanlı fəalların həbsindən 17 ay ötür

GADTB: Azərbaycanlı fəallar Araz Aman, Mürtəza Pərvin, Tahir Nəqəvi, Baqir Hacızadə, Ayaz Seyfxah, Kərəm Mərdanənin …