Şənbə , Fevral 24 2024
azfa

Tvitterdə Abbas Lisaniyə dəstək: Lisani dili qadağan edilmiş bir xalqın danışan dilidir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə dəstək məqsədilə keçirilən tvitter fırtınası Güney Azərbaycan və İran adlanan yerdə ilk trend olub.

Azərbaycanlı milli fəalların çağırışı əsasında sentyabrın 2-i axşam saatlarında «Freelisani» həştəgi ilə başladılan tvitter fırtınası Güney Azərbaycan və İran adlanan yerdə ilk trend olub.

Tvitterdə keçirilən dəstək kampaniyasında keçmiş siyasi məhbuslar, Universitet müəllimləri, ziyalılar, milli təşkilatlara bağlı şəxslər və jurnalistlər yüksək səviyyədə iştirak ediblər.

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə dəstək paylaşımları bir neçə saat içində 8 minə çataraq İran adlanan yerdə tvitter istifadəçilərinin trendinə çevrilib.

Keçmiş azərbaycanlı siyasi məhbus Səid Mətinpur tvitter fırtınası başlamadan öncə yazıb “İndi türk tvitterdə tək kəlmə ilə bir tvit atırlar.Bizdə bu günü Abbas Lisaniyə adadıq. Adı ilə onu əzizləyirik və sağlığına olan marağımızı dilə gətiririk”.

Mətinpur “Freelisani” həştəgi ilə  ikinci paylaşımında yazəb: “Abbas Lisani hərəkətimizin ən çox basqıya məruz qalmışlarından biridir. Onun istiqamətli və davamlı hərəkət etməsi mədəniyyətimizə qarşı olanları incidib sarsıdır. Ədəbsizcə qarşı çıxmalar istisal nişanəsidir” -Səid Mətinpur.

Türkiyədə yaşayan yazıçı və araşdırmaçı Məhəmməd Rəhmanifər Lisaninin tibbi xidmətlərdən məhrum edilməsinə toxunaraq onu milyonlarla türkün səsi adlandırıb.

Şair və milli fəal Əli Xeyrcu isə yazıb: “Lisani dili qadağan edilmiş bir xalqın danışan dilidir”.

Amerikalı yazıçı və Demokratiyaları Müdafiə Fondunun baş məsləhətçisi doktor Brenda Şaffer də ingilis dilində bir tvit yazaraq bu tvitter fırtınasında iştirak edib: “Abbas Lisani ağır əməliyyatdan sonra İran həbsxanasına qaytarıldı. Onun cinayəti nədir? “İranın etnik azlıqlarının məktəblərdə ana dilində təhsil almaq hüquqlarının təbliği”.

Qeyd edək ki, 2019-cu ilin iyul ayında rejimin Ərdəbildəki İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.

Daha sonra bu qərar rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına qaldırılıb.

Azərbaycanlı siyasi məhbus Abbas Lisani yenicə əməliyyat olunmasına baxmayaraq müalicə olunmaq əvəzinə rejim tərəfindən yenidən zindana salındı.

Həmçinin yoxlayın

Azərbaycanlı fəal Salar Tahir Əfşar hələ də qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılır

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi azərbaycanlı fəal Salar Tahir Əfşarı …

Türkiyənin “Bayraqdar Akıncı C” PUA-s ilk uçuş sınağını başa vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Türkiyənin “Bayraqdar Akıncı C” PUA-sı ilk uçuş sınaqlarını …