Şənbə , İyun 22 2024
azfa

Üçtəpə kurqanındakı Alban döyüşçüsü

GADTB: Mil düzündəki kurqanlar silsiləsi, xüsusən də Üçtəpə dərəsindəki Böyük kurqan ilk dəfə elmi ictimaiyyətə 1956-1960-cı illərdə məlum oldu. Görkəmli sovet alimi Aleksandr Aleksand-

roviç İyessenin rəhbərlik etdiyi arxeoloji ekspedisiya burada tunc dövrünə aid zəngin materiallar aşkar etdi. Adından da göründüyü

kimi, dərədə təpə şəklində, hündürlüyü 12-13 m, diametri 130 m olan üç kurqan vardı. Qazıntılar sübut etdi ki, artıq e.ə. III minillikdə Azərbaycanda varlı və qüdrətli tayfa başçılarının rəhbərlik etdikləri iri tayfa birlikləri olmuşdur.

Lakin çox az adam bilir ki, Böyük kurqanın qazıntıları zamanı onun orta hissəsində silahları və onlara aid ləvazimatı, eləcə də

bəzək əşyaları olan kişi sallama qəbri aşkarlanmışdır. Alimlər qəbirdə olan maddi mədəniyyət nümunələrinin VII əsrin I yarısına

aid olduğunu müəyyən etdilər. Həmin dövrdə Mil düzü Qafqaz Albaniyası dövlətinin ərazisi idi. Həmçinin alimlər müəyyən etdilər ki, qəbir səliqə ilə hazırlanmış, iç tərəfdən daşla döşənmiş, üst tərəfdən üzərinə taxta şalbanlar qoyulmuşdur. Bu isə sübut edir ki, vəfat etmiş kişini tələm – tələsik deyil, olduqca təntənə-

li şəraitdə və müəyyən ayinlər icra olunmaqla dəfn etmişdilər.

Alimlərin qənaətinə görə, qəbir yerli sakinə, Qafqaz Albaniyası qoşunları tərkibində olan döyüşçüyə məxsus olub. Qəbirdə 20-30 yaşlı, türklərə xas cizgiləri, boyu azı 175 sm olan kişi skeleti var idi. Skelet torpaq qəbirdə cənub-qərbdən şimal – şərqə uzadılmış və uzunluğu 1,7 m olan qırmızı parçaya bükülmüşdü. Parçanın uzunluğu, tikilişi, rəngi sübut edir ki, o, döyüşçünün özünün plaş-örtüyü (плащ-накидка) olmuşdur.

Skletin sol ayağının yanında qəmə vardı. Yüksək keyfiyyətli dəmirdən hazırlanmış, palaşın düz dəstə milinin sağ-solundakı

çiyinlər ensizdir. Dəstəyin milinə ağac lövhələr taxılmış, onların üzərinə nazik qızıl lövhəçiklər vurulmuşdur. Qının qalıqları əsasında müəyyən edilmişdir ki, qın ağacdan olmuş, üzərinə dəri çəkilmişdir. Palaş üzərində iki asma yerinin olması göstərir ki, silah iki qayış vasitəsilə kəmərdən asılırdı. Silahın sol ayaqın yanında

olması onun kəmərdə sol tərəfdə asılmasını təsdiq edir. Tiyənin uzunluğu 93 sm-dir; deməli palaş atlıya məxsus olmuşdur (piyadanın silahı adətən daha qısa olurdu). Belə silah türkdillli xalqlar, məsələn, erkən orta əsr avarları tərəfindən istifadə edilmiş, oxşar silahlar Cənubi Azərbaycanda, Orta Asiyanın türk areallarında tapılmışdır. Belə ki,silahın dəqiq analoqları Pəncikənd divar rəsmlərindəki türk döyüşçülərinin təsvirində vardır. Türk xalqlarına qarşı aparılan uzun müharibələr ərzində belə silahı sonralar sasani qoşunları da mənimsəmişlər.

Palaşın tiyəsi iki yerdən səliqəli şəkildə, ehtimal ki, bilərəkdən qırılıb. Məlumdur ki, bir sıra xalqlar qəbrə silah qoyarkən onu zədələyirdilər ki, nə silahın özü, nə də onun sahibinin ruhu canlı insanlara xətər yetirməsin.

Skeletin sol qolu yanında dəmir bıçaq vardı. Döyüş bıçağı qında, kəmərdə sol tərəfdə asılaraq, daşınırdı. Qın ağacdan olmuş,

üzərinə dəri çəkilmişdi.

Skeletin beli üzərində unikal kəmərin detalları aşkar olunmuşdur. Alimlər müəyyən etmişlər ki, kəmər ensiz dəridən olmuş, üzərinə 24 qızıl lövhə, bir qızıl qarmaq, həmçinin üç dəmir halqa bərkidilmişdir. Qızıl lövhələrin gül şəklində olanları dəri üzərinə bərkidilmiş, uzinsov lövhələr isə (“aşıqlar”) dəridən asılmışdır.

Məlumdur ki, türk xalqlarında belə bəzəkli kəmər onun sahibinin qəhrəmanlıqlarının

salnaməsi, döyüş şöhrətinin əyani nümayişi idi. Bu və ya digər qəhrəmanlıqlar kəmərdə əlavə lövhələrin asılması ilə qeyd edilirdi. Döyüşçü nə qədər çox qəhrəmanlıq edirdisə, bir o qədər çox “aşıqlar” asılırdı. Qeyd etmək lazımdır ki,

kəmərin bu forması Azərbaycanda XX əsrin 30-cu illərinədək mövcud olmuşdur.

Skeletin hər qolunun biləyində nazik qızıl burma bilərzik vardı. Bilərziyin oxşar, lakin daha böyük ölçülü forması hər ayağın baldırına da taxıl-

mışdır. Azərbaycanda hələ tunc dövründən başlayaraq əl və ayaq bilərzikləri var-dövlə-

ti və hakim təbəqəyə mənsubluğu bildirirdi.

Skeletin boynuna qızıl nazik burma məftildən boyunbağı salınmışdı. Türk xalqlarında boyun bəzəyi kişinin hakim təbəqəyə mənsub olmasını nümayiş etdirən fərqlənmə nişanı idi.

Döyüşçünün boynunda həmçinin qızıldan çərçivəsi olan əqiq möhür də asılmışdı. Möhürün çərçivəsinin məftil halqasının ol-

ması, üstəlik möhürün alt çənə sümüyü altında tapılması onun boyunda, ipdən asılmış vəziyyətdə daşınmasından xəbər verir.

Maraqlıdır ki, möhürdə olan at arabasında döyüşçü təsviri antik dövrlərə xasdır. Ehtimal ki, bu möhür artıq IV əsrdən məlum olan hakimiyyət rəmzi kimi istifadə olunub.

Skletin sol əlinin çəçələ barmağında üzərində pəhləvi yazısı olan qızıl üzük, ayağında ayaqqabı qalıqları – dəri özül, gümüş halqalar və asılma gümüş lövhələr, kəllə sümüyü üzərində Bizans imperatoru I Yustinin solid qızıl sikəsi aşkar edilmişdir. Sikkə iki yerdən deşilmiş və baş geyiminə tikilmişdir. Papağın qalıqlarına

görə onun türk xalqlarında qədim və orta əsrlərdə yayılmış ucu şiş yumşaq dəri papaq olması ehtimal edilmişdir. Papağa qızıl sikkə

tikmək adəti onun sahibinin qəhrəmanlığını nümayiş etdirmək ənənəsi ilə bağlı idi. Sonralar Azərbaycanda, xüsusən də Ağqoyunlu və Səfəvi dövlətlərində fərqlənmiş döyüşçüləri papağa bərkidilən qızıl lövhələr (“cıqqa”, “sorguc”; bəzən lövhələrə tük və ya lələk, əlvan daşlar əlavə olunurdu) taxmaq ənənəsi yayıldı.

Beləliklə, bütün tapıntılar sübut edir ki, qəbir Qafqaz Albaniyası qoşunlarının türk döyüşçüsünə məxsus olmuşdur. Əlbəttə,

onun hansı tayfaya aid olmasını dəqiq söyləmək çətindir. Albaniyada albanların, alanların, hunların, göy türklərin, xəzərlərin və

başqa türk tayfalarını yaşadığını yazılı mənbələr xəbər verir. bu dövlətin tarixi ərazisində arxeoloji qazıntılar nəticəsində də həmin tayfaların mövcudluğunu sübut edən müxtəlif izlər müəyyən olunub. Sübut edilib ki, bu tayfalar əkinçilik, maldarlıq və sənətkarlıqla bərabər müharibələrdə də fəal iştirak edir, yüksək keyfiyyətli silahların əldə olunmasına böyük diqqət yetirirdilər. Bəzi alimlər hesab edirlər ki, dəfn olunan döyüşçü Albaniyaya köçmüş və burada məskunlaşaraq, yerli qoşunların tərkibində xidmət etmiş qoşunlarında xidmət etmişdir. Digərlərinin fikrincə, döyüşçü etnik alban olub.

Alban döyüşçülərinin silah kompleksinə təkcə qılınc və xəncər deyil, yay-ox, qalxan, dəbilqə və zireh də daxil idi. Üçtəpə kurqanındakı döyüşçü isə yalnız parad silahı və ləvazimatı ilə dəfn olunmuşdur.

Hər halda bütün alimlərin yekdil fikrinə görə döyüş yerli türk nəslindən, yüksək təbəqəyə mənsub olmuşdur. Pəhləvi yazılı möhür, Bizans sikkəsi, qızıl boyunbağı və bilərziklərin olması sübut edir ki, dəfn olunan şəxs çoxsaylı döyüş və hərbi yürüşlərdə iştirak etmiş, hətta döyüşlərdə fərqlənmişdir.

Beləliklə, Üçtəpə kurqanındakı döyüşçü qəbrinin tapıntıları əsasında Qafqaz Albaniyasının erkən orta əsr dövrü döyüşçüsünün parad silah və geyim kompleksini müəyyən etməyə imkan verir.

Səbuhi Əhmədov,

Tarixçi Alim.

Həmçinin yoxlayın

Ermənilər Kəlbəcəri atəşə tutdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 21-i saat 12:25-dən 15:35-dək Kəlbəcər rayonunun Mollabayramlı …

“Fronline Defenders” molla rejimin həbs etdiyi azərbaycanlı vəkil ilə bağlı bəyanat yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, iyunun 20-də “Frontline Defenders” İnsan Haqları Təşkilatı bəyanat …