Ukrayna Krımda Rusiyanın təyyarə və helikopterləri olan hava limanını vuruldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Krımın Canköy şəhərində Ukraynanın raketlərlə zərbə endirdiyi hava limanında Rusiyaya aid helikopter və qırıcılar olub.

Bu haqda “Hərbi Xəbərlər” Teleqram kanalı məlumat yayıb.

Məlumatda Canköydə hava limanına hücum zamanı 24 helikopter, 6 Su-25 qırıcı təyyarəsinin olduğu bildirilir. Digər tərəfdən, Canköydə yerləşən dəmir yolu stansiyasına da zərbələr endirildiyi deyilir.

Bildirilib ki, Rusiya həmin dəmir yolu xətti vasitəsilə cəbhəyə silah-sursat daşıyırmış.

Qeyd edək ki, bir müddət öncə Ukrayna Silahlı Qüvvələri Krımın Canköy şəhərində hava limanına raket hücumu həyata keçirib.

Həmçinin yoxlayın

Molla rejimin Azərbaycana qarşı fitnəkarlığı; İraq Kürdüstanının valiləri Urmuda İranın Daxili İşlər naziri ilə görüşüblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Azərbaycana qarşı fitnəkarlığı və düşmənçiliyi …

Azərbaycanlı milli fəalın müvəqəti həbs müddəti uzadılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, dünən Araz Əmaninin ailəsi milli fəalın son durumunu …