Bazar ertəsi , İyul 27 2026
azfa

Ukrayna molla rejimini terrorçu sepahın sərnişin təyyarəsini qəsədn vurması ilə bağlı məhkəməyə verir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna irqçi fars-molla rejiminin terrorçu sepahının qəsdən Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsini vurub 176 nəfər dinc sərnişininöldürülməsi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət ediləcək.

Ukrayna Xarici İşlər Nazirliyi yaydığı məlumata görə Ukraynanın Xarici İşlər nazirinin müavini Yevgeni Yenin mövzu ilə bağlı bunları deyib: “İstinaqla əlaqədar müzakirələr tıxanarsa, Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmək məcburiyyətində qalacağıq. Bu, sadəcə Ukraynanı maraqlandıran məsələ deyil. Kanada, İngiltərə, İsveç, Əfqanıstan və Ukrayna dövlətlərinİn birləşdirilmiş cəbhəsindən söhbət gedir. İstinaq istənilən sürətdə getmir. Təyyarənin “qara qutusu” və kodların açılması prosesində irəliləyiş yoxdur”.

Qeyd edək ki, 8 yanvar tarixində Ukrayna Hava Yollarına məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsi İranın terrorçu İnqilab Keşikçiləri Korpusunun hava hücumundan müdafiə sistemləri tərəfindən raket hücumlarına məruz qalmış, nəticədə təyyarədə olan 176 nəfərin hamısı dünyasını dəyişmişdi. Ölənlərdən 11-i Ukrayna, 82-si İran, 63-ü Kanada, 10-u İsveç, 4-ü Əfqanıstan, 3-ü Almaniya, 3-ü Britaniya vətəndaşı olub.

Həmçinin yoxlayın

Molla rejimi Bocnurd türkü Araş Mirzayini 3 il həbs cəzasına məhkum edib

GADTB: 19 yaşlı Bocnurd şəhərindən olan türk gənci Araş Mirzayi Bocnurd İnqilab Məhkəməsinin 107 saylı …

Molla rejimi nüvə proqramını danışıqlarda sonuncu prioritet kimi təqdim edir

GADTB: Əl-ərəbiyyə telekanalının bir mənbəyə istinadən verdiyi məlumata görə, İran Pakistan rəsmilərinə danışıqları tərk etmədiyini, …

Bir cavab yazın