Cümə , İyun 13 2025
azfa

Ukrayna Rusiyanın 20600 hərbçisini öldürüb, 167 təyyarəsini vurdu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna müharibənin 54-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahının sosial şəbəkə hesabında məlumat yayılıb.

Bildirilib ki, Rusiya indiyə qədər 20 600-ə yaxın hərbçi, 790 ədəd tank, 2041 ədəd zirehli döyüş maşını, 381 ədəd artilleriya sistemi, 130 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 67 hava hücumundan müdafiə sistemi, 167 ədəd hərbi təyyarə, 147 ədəd helikopter, 1 487 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 155 ədəd dron, 27 ədəd xüsusi texnika və 4 operativ-taktiki raket kompleksi itirib.

Bu arada isə Rusiya qoşunlarının hələ də Mariupolu tam ələ keçirə bilmədiyi bildirilir. Şəhər müdafiəçilərinin müqaviməti bütün əməliyyat bölgələrində rus ordusuna problem yaradır. Bu barədə Britaniya Müdafiə Nazirliyi Tvitterdə yazıb.

 “Rusiya komandanlığı Mariupolun alınmasının nə qədər vaxt aparacağından narahatdır. Ukraynanın yaxşı əlaqələndirilmiş müqaviməti Rusiya qüvvələrini ciddi sınaqdan keçirdi, ordu və texnikanı yayındırdı, Rusiyanın başqa yerlərdə irəliləyişini ləngitdi”, – məlumatda deyilir.

Qeyd olunur ki, Rusiyanın şəhərləri vurmayacağı və Ukrayna əhalisini təhdid etməyəcəyi barədə bəyanatlarına baxmayaraq, Mariupol daxilində əhalinin məskunlaşdığı ərazilərə zərbələr Rusiyanın 1999-cu ildə Çeçenistanda və 2016-cı ildə Suriyadakı taktikasına uyğundur.

Həmçinin yoxlayın

Marağada molla rejimi azərbaycanlı körpəyə məcburi ad seçimi edib

GADTB: Marağada molla rejimin Vətəndaş Vəziyyətlərinin Qeydiyyatı İdarəsinin əməkdaşları azərbaycanlı körpəyə doğum şəhadətnaməsində seçilən adı …

20 ildə ilk dəfə: AEBA İranı nüvə silahının yayılmaması üzrə öhdəliklərini pozmaqda ittiham edir

GADTB: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Rəhbərlər Şurası İrana qarşı qətnamə qəbul edib və …