Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Ukrayna Rusiyanın 50150 hərbçisini öldürüb

Ukrayna müharibənin 195-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 50150 hərbçi, 2077 ədəd tank, 4 484 ədəd zirehli döyüş maşını, 1 179 ədəd artilleriya sistemi, 296 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 156 hava hücumundan müdafiə sistemi, 236 ədəd hərbi təyyarə, 207 ədəd helikopter, 3 305 ədəd avtomobil texnikası, 876 ədəd PUA, 209 qanadlı raket, 15 gəmi/qayıq, 109 xüsusi avadanlıq itirib.

Bu arada isə Ukrayna əsgərlərinin əks hücumunun rusların maddi-texniki imkanlarını zəiflətdiyi bildirilir. Onlar cənubda Rusiyanın canlı qüvvəsi və texnikası, komanda mərkəzləri və logistika mərkəzlərinə zərbələr endirib. Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

“Ukraynanın əks-hücum əməliyyatı Rusiyanın ölkənin cənubunda maddi-texniki və inzibati potensialını əhəmiyyətli dərəcədə pisləşdirir. Əks-hücum Rusiyanın işğal olunmuş ərazilərdə referendum keçirmək planlarının da qarşısını alıb. Bütün proseslər təhlükəsizlik səbəbindən dayandırılır. Ukrayna qoşunları Xerson vilayətində Rusiyanın taktiki və əməliyyat səviyyəsinin imkanlarını yavaş-yavaş azaltmaq niyyətindədir. Bu, çox güman ki, işğalçıların inzibati və bürokratik imkanlarına ciddi təsir göstərəcək”, – məlumatda deyilib.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …