Bazar ertəsi , Sentyabr 21 2026
azfa

‍İsveç: “İran Rusiya və Çinlə yanaşı bizim üçün əsas təhlükədir”

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, nüvə sazişi danışıqları yenidən dalana dirənsə də, İsveçdən gələn bir kəşfiyyat hesabatı İran hökumətinə qarşı yeni ittihamlar irəli sürür. Hesabata görə, İran İslam Respublikası ötən il qanunsuz yollarla nüvə silahı texnologiyası əldə etməyə çalışıb.

Televiziya kanalı İsveç qaynaqlarına istinadən İranın İsveçdəki yüksək texnologiyalı sənayelərə və nüvə silahı proqramında istifadə oluna bilən İsveç məhsullarına casusluğa əsaslanan sənaye casusluğu ilə məşğul olduğunu deyib.

Hesabat İsveçin milli təhlükəsizlik riskləri siyahısında İranı Skandinaviya ölkəsinin üzləşdiyi əsas təhlükələrdən biri kimi qeyd edir və İran kəşfiyyat agentlərinin İsveçdə diplomatik pərdə altında fəaliyyət göstərdiklərini bildirir.

“İsveç Təhlükəsizlik İdarəsi İranı İsveç və onun maraqları üçün Rusiya və Çinlə yanaşı ən yüksək təhlükə riski yaradan üç ölkədən biri hesab edir”-deyə, açıqlamada vurğulanır.

Həmçinin yoxlayın

Təbrizin mərkəzində ermənilər üçün təmin olunan hüquq, azərbaycanlılar üçün illərdir əlçatmaz arzu – VİDEO

GADTB: Təbriz – siyasətin beşiyi və Azərbaycanın ürəyi – acı və danılmaz bir paradoksun şahididir: …

Təbriz uşaqlarının dil kimliyinin dövlət televiziyası vasitəsilə təhrif edildi – VİDEO

GADTB: Məktəblərin açılması ərəfəsində Təbrizin Kula-Fərəngi malikanəsindən uşaqlar üçün xüsusi proqramın canlı yayımlanması Azərbaycan türklərinin …