Çərşənbə , Dekabr 4 2024
azfa

Ukrayna təyyarəsini qəsdən vuran İran izləri itirəndən sonra ekspertləri təyyarə düşdüyü yerə buraxdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna sərnişin təyyarəsini qəsdən vuran İran izləri itirəndən sonra ekspertləri təyyarə düşdüyü yerə buraxdı

Kiyev Elmi-Tədqiqat İnstitutunun Məhkəmə ekspertizasının direktoru Aleksandr Rubin deyib ki, İranda vurulan Ukraynanın “Boinq 737-800” təyyarəsinin dağıntılarını buldozerlərlə təmizləyiblər.

“Təyyarənin qalıqlarına baxmaq imkanı yaratdılar. Anqarda olduqlarını dedilər. Biz isə günün sonunda anqara çatdıqda orada sadəcə təyyarənin dağılmış hissələrini gördük və nəyisə anlamaq mümkün deyildi”, – deyə ekspert bildirib.

Rubin onu da əlavə edib ki, ekspertlərə vaxt məhdudiyyəti qoyulmuşdu.

Qeyd edək ki, Sepah terror təşkilatı İraqda ABŞ bazalarına razılaşdırımış şəkildə raket atdığı vaxtda yanvarın 8-də raketlə Ukraynaya məxsus Boeing 752 təyyarəsini vurub. Bir neçə gün təyyarənin rejimin özü tərəfindən vurulduğu danılsa da, fakt qarşısında rejim təyyarəni səhvən vurduğunu bildirib. Lakin artıq inkar edilməz faktlar tapılıb ki, Xamneinin xüsusi göstərişi ilə təyyarə vurulub. Belə ki, təyyarədə olan Xomeyninin nəvəsi və daha 3 nəfər təyyarə göyə qalxmadan öncə yerə yendirilmiş və təyyarə qalxdıqdan az sonra vurulmuşdur. Təyyarəyə atılan ilk raket təyyarəyə təyməmiş və ikinci dəfə raketlə təyyarə vurulmuşdur. Bu isə sübut edir ki, hər hansı bir səhv qeyri-mümkündür. Həmçinin təyyarədə Qasım Süleymaninin cangüdəni və digər sepah rəsmiləri olub. Rejim isə onları qəsdən öldürməklə Qasım Süleymani ilə bağlı bir çox cinayətlərin üstünün açılmasına mane olub. Bu arada isə günahsız uşaqlar, tələbələr və ailələr Xamneyinin daha bir cinayətinin qurbanı olmuşdur.

Həmçinin yoxlayın

Azərbaycan və NATO əməkdaşlığı müzakirə edilib

GADTB: NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən keçirilən “15-ci NATO günləri” tədbiri çərçivəsində …

Tel-Rıfat bölgəsi azad ediləndənsonra kürd terrorçuların orada qazdığı tunellər aşkarlandı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tel-Rıfat bölgəsi azad ediləndənsonra kürd terrorçuların orada qazdığı …

Bir cavab yazın