Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Ukraynanın məhv etdiyi Rusiya hərbçi və texnikasının sayı; 5 yaşayış məntəqəsi azad edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna ordusu Rusiyanın itkiləri ilə bağlı statistikanı yeniləyib. Bu barədə Ukrayna ordusunun Baş Qərargahı Feysbuk səhifəsində məlumat yayıb.

“Fevralın 24-dən martın 11-dək rus ordusunun 12 mindən çox əsgəri, 353 tankı, 1 165 zirehli döyüş maşını, 125 artilleriya sistemi, 58 raket sistemi, 31 hava hücumundan müdafiə sistemi, 57 təyyarəsi, 83 helikopteri, 558 avtomobil avadanlığı, 60 yanacaq və sürtkü materialları olan sisterni və 7 ədəd pilotsuz təyyarəsi məhv edilib”, – məlumatda bildirilib.

Ukrayna ordusu həmçinin 5 yaşayış məntəqəsini azad etdi. “Ukraynanın Çerniqov vilayətində fəaliyyət göstərən müqavimət qüvvələri 5 yaşayış məntəqəsini azad ediblər”. Bu barədə “Şimal” operativ komandanlığı məlumat yayıb.

“Rusiya Federasiyasının bölmələri tam döyüş qabiliyyətinə malik deyil. Zabitlər arasında panika var. Əsgərlərin mənəvi-psixoloji vəziyyəti tapşırıqların yerinə yetirilməsinə kömək etmir”, – məlumatda bildirilib.

Həmçinin yoxlayın

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Tehranda irqçi və mürtəce fars rejiminin təşkilatçılığı ilə Azərbaycan Respublikasına qarşı aksiya keçirilib

GADTB: İrqçi və mürtəce fars rejiminin təşkilatçılığı ilə bazar günü Tehranda, Azərbaycan Respublikasının səfirliyinin qarşısında …