Çərşənbə , Sentyabr 23 2026
azfa

Xamenei “hibrid müharibə”də milyardlarla tüməni göyə sovurduqlarına etiraf etdi

GADTB-nin Mətbuat Mərkəzinin “Azad İran”a istinadən yaydığı məlumata görə, İran rəhbəri Əli Xamenei martın 6-da parlamentin “bəyan cihadı və hibrid müharibə” üçün təsdiq etdiyi büdcəni tənqid edib. 

Xamenei bu barədə deyib: “Keçmiş təcrübələr də göstərir ki, bu büdcə vəsaitləri çox vaxt boş yerə xərclənir”. 

Ötən günlərdə İran parlamenti ölkənin Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəis müavininə hibrid müharibə və bəyan cihadında media məzmunu hazırlamaq və nəşr etmək üçün 100 milyard tümən vəsait ayırıb. “Bəyan cihadı” Əli Xameneinin çıxışından sonra İran hökumətinin rəsmi təbliğat açar sözlərinə əlavə edilən yeni terminlərdən biridir. İran parlamentinin üzvləri daha mühüm məsələlərdə, məsələn 2019-cu ildə benzinin bir gecədə kəskin bahalaşması hadisəsində göstərdilər ki, ali rəhbərin seçimləri qarşısında onların heç bir ixtiyarı yoxdur və hazırda da Xameneinin “yumşaq müharibə” ilə bağlı büdcəni tənqid etməsindən sonra millət vəkillərindən biri parlamentin büdcəyə düzəliş edəcəyini bildirib.   Əli Xamenei hakimiyyətinin ilk aylarından “mədəni işğal” barədə xəbərdarlıq edib və bu mövzu ötən 30 il ərzində onun dövründə hökumətin siyasətində həmişə mərkəzi yer tutub.

Həmçinin yoxlayın

Tramp: İranla bağlı böyük qərar verməliyəm – razılaşma, yoxsa İranın məhv edilməsi

GADTB: ABŞ Prezidenti Donald Tramp İranla bağlı çıxışında deyib: “Qarşıda böyük bir qərar verməliyəm. İranla …

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …