Cümə axşamı , Sentyabr 17 2026
azfa

“Ulduz” jurnalının “Güney Azərbaycan ədəbiyyatı” sayı çap olunub

GADTB: “Ulduz” jurnalının Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan Ədəbiyyatı şöbəsinin birgə layihəsi kimi işıq üzü görüb.

Dərginin xüsusi mart sayı filologiya elmləri doktoru Pərvanə Məmmədlinin “Güney Azərbaycan ədəbiyyatı” yazısı ilə açılır.

Məhəmmədhüseyn Şəhriyarla başlayan “Dövrün aparıcı ədəbi simaları” adlı rubrikada şair, yazıçı, tərcüməçi Həbib Sahir, tanınmış yazıçı, tənqidçi, memuarçı Gəncəli Sabahi, azərbaycanlı şair, dramaturq, siyasətçi Məhəmməd Biriya Bağırzadə, şair, türkoloq alim, tərcüməçi Həmid Nitqi Aytan, görkəmli yazıçı, şair, tarixçi-filoloq Məhəmmədtağı Zehtabi, türkoloq-alim, publisist Cavad Heyət, şair Bulud Qaraçurlu Səhənd, şair, tərcüməçi Kərim Məşrutəçi Sönməz, şair, yazıçı, naşir Əli Təbrizli, nasir, şair, publisist, ədəbiyyatşünas, tərcüməçi Rza Bərahəni, yazıçı, dramaturq, ssenarist Qulamhüseyn Saidi, alim, publisist, şair, türkoloq Hüseyn Məhəmmədzadə Sədiq Düzgün, yazıçı, folklor toplayıcısı Səməd Behrəngi, modernist şair Əlirza Nabdil Oxtay, şair, yazıçı Mərziyyə Üsküyi, yazıçı, şair, felyetonçu, tərcüməçi Abbas Makulu Pənahi, şair, ədəbiyyatşünas və tərcüməçi Balaş Azəroğlu, şair, yazıçı, siyasi mühacir Əli Tudə, şair, yazıçı, publisist Söhrab Tahir, şair Mədinə Gülgünün həyat və yaradıcılığı yer alıb.

“Ulduz” bu sayında Nadir Qüdrətoğlunun şeirləri də işıq üzü görüb.

“Tribuna” rubrikasında Məti Osmanoğlu Seyran Səxavətin “Ömrün “Ulduz” çağında”n bəhs edib.

“Nəsr” rubrikasında Alpay Azərin “Ölümdən güclü” hekayəsi dərc olunub.

“Köhnəlməyən xiffət”də isə Dayandur Sevgin Nəzakət Məmmədlidən söz açıb.

“Dərgidə kitab” rubrikasında Kamil Şahverdinin “Bir daha himnimiz haqqında” (4-cü yazı) yazısı təqdim olunub.

“Dərgidə sərgi”də Əliş Məmmədovun rəsm əsərləri yer alıb.

Həmçinin yoxlayın

BMT Baş katibi: Hörmüz və Babülməndab boğazlarında gəmiçilik azadlığı tam təmin edilməlidir

GADTB: Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quttereş sentyabrın 16-da, BMT Baş Assambleyasının başlamasından əvvəl …

Rusiya İrana ABŞ obyektlərini vurmaq üçün kəşfiyyat məlumatları verib

GADTB: CNN iki amerikalı rəsmiyə istinadən yazıb ki, Rusiya İranın ABŞ-a məxsus obyektlərinə zərbələr endirməsi …