Bazar , Noyabr 29 2026
azfa

Molla rejimi azərbaycanlı fəal Məhəmmədrza Müvəhhidi mühakimə etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Təbrizdə yerləşən Ümumi və İnqilab Məhkəməsinin 13-cü şöbəsində tərəfindən azərbaycanlı fəal Seyid Məhəmmədrza Müvəhhidi mühakimə edilib.

Molla rejimi azərbaycanlı fəalı şərləyərək, ona qarşı “hökumətə müxalif qrupların xeyrinə təbliğat fəaliyyəti” ittihamı irəli sürüb.

Qeyd edək ki, Seyid Məhəmmədrza Müvəhhid sentyabrın 22-də Təbrizdə küçədə gedərkən rejimin məmurları tərəfindən yaxalanmışdır.

Məmurlar azərbaycanlı fəalın mobil telefonu və başqa şəxsi əşyalarını müsadirə etlmişdi.

Həmçinin yoxlayın

Zəncanda Kalsimin şirkətinin işçilərinin etirazı ikinci gündür davam edir – Video

GADTB: Zəncanın Dəndi bölgəsində yerləşən Kalsimin şirkətinin işçilərinin etiraz aksiyası bu gün, bazar günü, 1405-ci …

İran ABŞ qüvvələrinə qarşı hücumları dəstəkləmək üçün Starlink-dən istifadə edib

GADTB: “The Washington Post” qəzeti bir hesabatında yazıb ki, İran İslam Respublikası fevralın 28-də ABŞ …