
GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun həcmi təxminən 2 milyard 550 milyon kubmetrə çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfədən çox artım deməkdir.
Ötən illə müqayisədə Urmiya gölündə suyun həcmi təxminən 2 milyard 300 milyon kubmetr artıb. Bununla belə, rəsmilər gölün davamlı şəkildə bərpasının ekoloji su tələbatının təmin edilməsindən və su ehtiyatlarının düzgün idarə olunmasından asılı olduğunu vurğulayıblar.
Son illərdə genişmiqyaslı bənd tikintisi, su ehtiyatlarının həddindən artıq götürülməsi və İslam Respublikasının su ehtiyatlarının idarə olunması siyasəti nəticəsində Urmiya gölü ciddi quruma böhranı ilə üzləşib. Azərbaycanlı fəallar İran hökumətini gölü məqsədli şəkildə qurutmaqda ittiham edirlər.
Son illərdə Cənubi Azərbaycanfa fəalların Urmiya gölünün qurudulmasına və İslam Respublikasının ekoloji siyasətinə qarşı etirazları dəfələrlə təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi, eləcə də azərbaycanlı vətəndaşların və fəalların həbsi ilə qarşılaşıb.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi