Bazar , Oktyabr 25 2026
azfa

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu xəttində sərnişin daşımalarının həyata keçiriləcəyini və qatarların dayanacaqlarının olacağını bildirib.

“Sputnik-Armenia” xəbər verir ki, bunu Mirzoyan Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyasında TRIPP layihəsi ilə bağlı çərçivə sazişinin ratifikasiyası məsələsini təqdim edərkən deyib.

Onun sözlərinə görə, hər iki tərəf üçün faydalı olan TRIPP-in iqtisadi baxımdan artıq sülhün möhkəmlənməsinə müsbət təsiri var.

“Əgər biz Azərbaycan ərazisindən keçməklə Çindən dəmir yolu ilə nəsə gətirə biliriksə, burada ironiya nədədir? Bəli, Azərbaycanın marağı var, Ermənistanın da marağı var. Bu, qarşılıqlı faydalı işdir”, – nazir vurğulayıb.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …