Çərşənbə axşamı , Noyabr 12 2024
azfa

Urmiya gölünü qurudan rejimin rəsmiləri hələ də yalan vədlərlə kifayətlənirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanlış layihələrlə Urmiya gölünü qurudan irqçi fars rejim hələ də gölə suyun çəkilməsi ilə bağlı yalan vədlər verməkdədirlər.

Rejimin Ətraf Mühitin Mühafizəsi Təşkilatının müavini Məsud Təcrişi bu barədə deyib: Urmiya gölünün bərpası layihələrini planlaşdırarkən, Urmiya Gölünü Bərpası Mərkəzi gölə su köçürmək üçün 4 təklif irəli sürmüşdü.”

Urmiya gölünə Araz çayından və Xəzər dənizindən kanal çəkilməsi də nəzərdən keçirilib.

O deyib: Araz Çayından Urmiya Gölünə su kanalı çəkmək layihəsi bu təkliflərdən biridir. Ancaq bu layihə maliyyə baxımdan xeyli baha başa gəlirdi”.

Təcrişi nəzrdən keçirilən potensial su mənbələri arasında Xəzər dənizinin də olduğunu lakin Xəzərin kimyəvi xüsusiyyətinin Urmiya gölünə uyğun gəlmədiyi qənaətinə gəlinib.

Əgər Xəzər dənizindən Urmiya Gölünə su çəkilərsə, bu, gölün ömrünü 50 ilə qədər azalda bilər ancaq heç bir su çəkilmədiyi halda bu gölün ömrü 500 ilə qədər uzana bilər,” deyə o əlavə edib.

O həmçinin deyib: Digər bir təklif, suyun başqa bir ölkədən çəkilməsi idi. Van Gölündən Urmiya Gölünə su çəkilməsi variantlardan biri idi. Van Gölü orta dərinliyi 500-600 metr olan bir göldür və son illər ərzində dərinliyində böyük fərq müşahidə olunmur”.

İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının müavini təklifin rəsmi Ankaradan qaynaqlandığını deyib. Belə ki, İrandan fərqli olaraq Türkiyədə su bolluğu mövcuddr.

Gölün gələcəyi ilə bağlı məlumatımız yoxdur və tədqiqat nəticələrinə görə, 2050-ci ildə gölə axan su miqdarı 25% azalacaq” dedi. Temperaturun 2 dərəcəyə qədər yüksəldiyi təqdirdə yağış azalacaq və su köçürmənin bütün variantlarını nəzərə almalıyıq,” Təcrişi bildirib.

O Vandan Urmiya gölünə su köçürülməsinin hələlik araşdırma mərhələsində olduğunu və hələlik konkret əməliyyat proqramının olmadığını söyləyib.

Həmçinin yoxlayın

Azərbaycanlı milli fəal və vəkil aclıq aksiyasına başlayıb

GADTB: molla rejimin Tehranın Evin zindanında həbsdə saxladığı azərbaycanlı fəal və hüquqşünas Tahir Nəqəvi aclıq …

“İran təkcə farsların yurdu deyil” kitabı çapdan çıxıb

GADTB: Beynəlxalq məsələlər üzrə tanınmış amerikalı ekspert və professor Brenda Şaffer dünən “X” hesabında paylaşım …

Bir cavab yazın