Şənbə , Oktyabr 24 2026
azfa

Urmiya gölünü qurudan rejimin rəsmiləri hələ də yalan vədlərlə kifayətlənirlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, yanlış layihələrlə Urmiya gölünü qurudan irqçi fars rejim hələ də gölə suyun çəkilməsi ilə bağlı yalan vədlər verməkdədirlər.

Rejimin Ətraf Mühitin Mühafizəsi Təşkilatının müavini Məsud Təcrişi bu barədə deyib: “Urmiya gölünün bərpası layihələrini planlaşdırarkən, Urmiya Gölünü Bərpası Mərkəzi gölə su köçürmək üçün 4 təklif irəli sürmüşdü.”

Urmiya gölünə Araz çayından və Xəzər dənizindən kanal çəkilməsi də nəzərdən keçirilib.

O deyib: “Araz Çayından Urmiya Gölünə su kanalı çəkmək layihəsi bu təkliflərdən biridir. Ancaq bu layihə maliyyə baxımdan xeyli baha başa gəlirdi”.

Təcrişi nəzrdən keçirilən potensial su mənbələri arasında Xəzər dənizinin də olduğunu lakin Xəzərin kimyəvi xüsusiyyətinin Urmiya gölünə uyğun gəlmədiyi qənaətinə gəlinib.

“Əgər Xəzər dənizindən Urmiya Gölünə su çəkilərsə, bu, gölün ömrünü 50 ilə qədər azalda bilər ancaq heç bir su çəkilmədiyi halda bu gölün ömrü 500 ilə qədər uzana bilər,” deyə o əlavə edib.

O həmçinin deyib: “Digər bir təklif, suyun başqa bir ölkədən çəkilməsi idi. Van Gölündən Urmiya Gölünə su çəkilməsi variantlardan biri idi. Van Gölü orta dərinliyi 500-600 metr olan bir göldür və son illər ərzində dərinliyində böyük fərq müşahidə olunmur”.

İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının müavini təklifin rəsmi Ankaradan qaynaqlandığını deyib. Belə ki, İrandan fərqli olaraq Türkiyədə su bolluğu mövcuddr.

“Gölün gələcəyi ilə bağlı məlumatımız yoxdur və tədqiqat nəticələrinə görə, 2050-ci ildə gölə axan su miqdarı 25% azalacaq” dedi. Temperaturun 2 dərəcəyə qədər yüksəldiyi təqdirdə yağış azalacaq və su köçürmənin bütün variantlarını nəzərə almalıyıq,” Təcrişi bildirib.

O Vandan Urmiya gölünə su köçürülməsinin hələlik araşdırma mərhələsində olduğunu və hələlik konkret əməliyyat proqramının olmadığını söyləyib.

Həmçinin yoxlayın

ABŞ İrana yeni zərbələr dalğasına hazırlaşır

GADTB: “The Wall Street Journal” qəzeti hərbi planlaşdırma ilə tanış amerikalı rəsmilərə istinadən xəbər verir …

Təbriz bələdiyyəsinin sürücülərinin qeyri-müəyyən vəziyyəti davam edir, işdən çıxarılmaqla hədələnirlər

GADTB: Təbriz bələdiyyəsinin 10 bölgəsində çalışan sürücülərin Şəhər Şurasının qarşısında keçirdikləri etiraz aksiyasından təxminən iki …

Bir cavab yazın