GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqustun 29-da İsveçrənin Bern şəhərinin “Casinoplatz” meydanında Urmiya gölününü qurudulmasına etiraz olaraq aksiya keçirilib.
Aksiya həmçinin Güney Azərbaycanda törədilən ekoloji fəlakətə diqqət cəlb etmək məqsədilə keçirilib.
Arazın hər iki tayından olan azərbaycanlıların iştirak etdiyi aksiyada Urmiya gölünün acınacaqlı durumunu əks etdirən poster və plakatlar qaldırılıb.
İştirakçılar ekoloji fəlakətlə bağlı çıxışlar edib, isveçrəlilərə Urmiya gölü barədə məlumatlar verib və broşürlər paylayıblar.