Bazar ertəsi , Noyabr 23 2026
azfa

Azərbaycan Fransanın qərəzli şəkildə göndərdiyi yardımını buraxmadı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Fransa şəhərlərindən Qarabağdakı ermənilər üçün göndərilən və bu gün Azərbaycanla şərti sərhədə çatan “humanitar yardım”dan ibarət 10 TIR-ı Azərbaycan sərhəddən buxarmamaq barədə qərar verib.

Fransanın göndərdiiyi 10 yük maşını iyulun 26-dan sərhəddə gözləyən Ermənistanın “Spayka” avtomobillərinin sırasına düzülüb.

Yük maşınları Paris şəhərinin meri Anna İdalqonun və Strasburq meri Janna Barseqyanın müşayiəti ilə Azərbaycan sərhədinə gəlib.

Qeyd edək ki, “Spayka” avtomobilləri Ermənistan tərəfindən göndərilib, lakin Azərbaycanın razılığı olmadığı üçün həmin vaxtdan orada gözləyir.

Həmçinin yoxlayın

Zənganda mərhum ustad Müslüm Əsgərinin xatirəsinə “Aşıqlar axşamı” mərasimi keçirilib

GADTB: 30 aban 1405-ci il, şənbə günü Zəngan şəhərindəki Mədəniyyət Mərkəzinin Yadegar salonunda “Aşıqlar axşamı” …

Müharibədən sonra Urmiya gölünün suyunun həcmi artıb

GADTB: Qərbi Azərbaycan əyalətinin valisi Rza Rəhmani bildirib ki, Urmiya gölündəki suyun həcmi ötən illə …