Cümə axşamı , Avqust 18 2022
azfa

Urmiya şəhərində Urmiya gölünün qurudulmasına etiraz olaraq bildirişlər yayılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar Urmiya gölünün qurudulmasına etiraz olaraq bildirişlər yayıblar.

Azərbamilli fəallar şəhərin büün bölgələrində minlərlə bəyanat yaymaqla bir daha Urmiya gölünün acınacaqlı və böhranlı durumuna diqqət çəkmək istəyiblər.

Bundan öncə isə Qərbi Azərbaycan bölgəsində azərbaycanlı fəallar bəyanat yayıb gölün böhranlı vəziyyəti ilə bağlı İran rejiminə xəbərdarlıq etmişdilər.

Bəyanatın bir hissəsində yazılıb: “Biz Qərbi Azərbaycan əyalətinin milli-mədəni fəalları olaraq bildiririk ki, əgər hökumət Azərbaycanın nadir təbiət incisinin bərpası üçün təcili və əməli addımlar atmasa, biz Urmiya gölünün məhv edilməsini kənardan seyr etməklə, yalnız bəyanat verməklə kifayətlənməyəcəyik. Küçələrə axışıb kütləvi aksiyalar vasitəsilə səsimizi dünya ictimaiyyətinə çatdıracağıq.

“Urmiya gölündən son günlərdəı gölün böhranlı vəziyyətinə dair yayılan şəkil və görüntülər Azərbaycan Türk Millətini gölün tam məhv olması qorxusu yarandığı üçün ciddi narahat edib.

Bu sahənin ekspertlərinin bildirdiyinə görə, artıq göl son nəfəslərini çəkməkdədir və əgər ciddi və düzgün tədbir görülməsə göl tamamilə xəritədən silinəcək.

Azərbaycanın mədəni və ətraf mühit fəalları 20 ildir ki, məsullarla görüşlərdə, stadionlarda, müxtəlif mədəni və ictimai tədbirlərdə, aksiyalarda, media və başqa yerlərdə Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı xəbərdarlıq edirlər. Ancaq görünən odur ki. mərkəzdə oturan hakim şovinist düşüncəli sistem başçıları bölgə xalqının həyati məsələsinə miliyyətçi və etnik fərqlilik gözü ilə baxırlar.

Sözsüz ki, Urmiya gölünün məhv olması gölün yüzlər km ətrafında yaşayan əhalini ciddi şəkildə etkiləyəcək. Bu təkcə iqtisadi problemlər yaratmayacaq, bütünlükdə regionun ekosistemini dəyişəcək.

“Görünən kəndə nə bələdçi”, artıq hamı bilir ki, gölün quruması Azərbaycanı təsəvvürə gəlməz fəlakətlə üz-üzə qoyacaq.

Biz Qərbi Azərbaycan əyalətinin milli-mədəni fəalları olaraq bildiririk ki, əgər hökumət Azərbaycan incisinin bərpası üçün təcili və əməli addımlar atmasa, biz Urmu gölünün məhv edilməsini qıraqdan seyr etməyə, yalnız bəyanat verməklə kifayətlənməyəcəyik. Küçələrə axışıb kütləvi aksiyalar vasitəsilə səsimizi dünya ictimaiyyətinə çatdırmağa çalışacayıq. Bütün imkanlarımızdan istifadə edərək hakim sistemin Azərbaycanın sərvətlərini talamaq, Azərbaycanı qarət etməklə yanaşı onun Urmu gölünün qətlinə fərman verən olduğunu dünyaya car çəkəcəyik”.

Həmçinin yoxlayın

İran diplomatı Azərbaycan Respublikasının işğalını İran strateji məqsədi olduğuna etiraf etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda müxtəlif vəzifələrdə işləmiş İran diplomatı Əbülfəz Zöhrəvənd …

Ukrayna Rusiyanın 44300 hərbçisini məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim …