GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya Sement Zavodunun işçiləri maaşların artırılması tələbi ilə tətilə başlayıblar.
Fəhlələr deyirlər ki, idarəçilər 60 milyondan çox əmək haqqı aldığı halda, işçilər 12 milyon maaşla dolana bilmir və maaşlarının artırılmasını istəyirlər.
Bu arada müqavilə ilə işləyənlər 25 ilə qədər iş stajına görə cəmi 7 milyon maaş alırlar.