Çərşənbə , Oktyabr 21 2026
azfa

Urmiya zindanında azərbaycanlı məhbuslar təhlükə qarşısında; qadınlar aclıq aksiyasında

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya zindanında azərbaycanlı məhbusların həyatı təhlükədədir. Zindanda koronavirusun geniş yayıldığına  baxmayaraq məsulların məsələyə laqeyd yanaşır. Bu isə həbsdə olan qadın məhbusların ciddi etirazı ilə qarşılaşıb və onlar zindanda aclıq aksiyasına başlayıblar.

Avqustun 18-dən etibarən rejimin Urmiyada yerləşən zindanının qadınlar bölməsində saxlanılan 140 məhbus zindan məsullarının COVID-19 infeksiyasına yoluxan məhbusların müalicəsinə etinasız yanaşmalarına etiraz əlaməti olaraq aclıq aksiyası keçirir.

Koronavirusa yoluxan 4 qadın zindanın qadınlar bölməsində başqa məhbuslarla bir yerdə saxlanılır. Məhbuslar həmin xəstələrin digər məhbuslardan ayrılaraq zindanın poliklinikasına yerləşdirilməsini tələb ediblər.

Qeyd edək ki, bundan öncə də Urmiya zindanın koronavirusa yoluxma səbəbilə etirazlar baş vermişdi.

Həmçinin yoxlayın

Mirzoyan: TRIPP dəmir yolunda sərnişin daşımaları olacaq

GADTB: Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Tramp marşrutu” (TRIPP) çərçivəsində Ermənistandan keçəcək dəmir yolu …

Urmiya gölündə suyun həcmi artsa da, ekoloji böhran davam edir

GADTB: Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru bildirib ki, Urmiya gölündə suyun …

Bir cavab yazın