Urmiyada azərbaycanlı fəallar Urmiya Şəhər Şurası üzvlərinə xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinin milli-mədəni fəalları Urmiya Şəhər Şurasının 8 üzvü ilə görüş keçirib və onlardan şuranın üzvlərinin Urmiyanın türk şəhəri kimi saxlanılması istiqamətində birliyinin qorumaları istəyiblər.

“Birlik Səsi” koalisiyası adı ilə keçirilən toplantıda azərbaycanlı fəallar Qərbi Azərbaycan əyalətinə qarşı torpaq iddiaları barədə xəbərdarlıq edib, bunun qarşısının alınması üçün birgə hərəkət etməyin vacibliyini bildiriblər.

Onlar bildirib ki, indiki həssas mərhələdə Şəhər Şurasının üzvləri arasında Urmiyanın türk kimliyinin qorunub saxlanılkmasında birliyin vacibliyinə təkid olunub və bildirilib ki, əgər bu istiqamətdə birlikolarsa bundan sonra onlara da onlara dəstək veriləcək.

Toplantıda Şəhər Şurasının üzvləri, Urmiya şəhərinin məclisdəki millət vəkili Salman Zakir və milli-mədəni fəallar çıxış ediblər.

Bir neçə gün bundan öncə Qərbi Azərbaycan əyalətinin məhkəmə sisteminin sədri Nasir Ətəbati korrupsiya ittihamı ilə  Urmu şəhər bələdiyyəsinin 8 üzvünə qarşı cinayət işi açıldığını və Şəhər Şurası üzvlərinin bəzilərinin səlahiyyətlərinin dondurulduğunu bildirib.

Bundan sonra Urmiya Şəhər Şurasının 4 yeni üzü qalan 4 üzvü ilə fəaliyyətə başlayıb. Ümumilikdə isə Urmiya Şəhər Şurasına 11 üzvü seçilib ki, onlardan yalnız ikisi kürddür.

Həmçinin yoxlayın

ABŞ-İran danışıqlarının gələn həftə İslamabadda bərpa oluna biləcəyi bildirilir

GADTB: “The Wall Street Journal” (WSJ) mənbələrə istinadla bildirir ki, ABŞ və İran arasında danışıqların …

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …