Urmiyada fars rejimin təhsil nazirinin irqçi bəyanatına etiraz olaraq plakatlar yapışdırıldı -Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejimin təhsil naziri Məhəmməd Bəthayinin qeyri-fars xalqların dillərində dərs keçməyin təhlükəli və qadağan olmasına dair çıxışına etiraz olaraq Urmiyada üzərində şüarlar yazılmış plakatlar geniş şəkildə çap edilərək şəhərin müxtəlif yerlərinə yapışdırıldı.

Güney Azərbaycanın qərb bölgəsində yerləşən Urmiya şəhərində azərbaycanlı milli-mədəni fəallar divarlara “Türk dili bizim qırmızı xəttimizdir” və “Mənim dilim ölən deyil-özgə dilə dönən deyil” şüarlar yazmaqla rejimin təhsil nazirinin irqçi bəyanatına etiraz bildirmiş və ana dildə təhsil tələb etmişlər.

Qeyd edək ki, son günlər Güney Azərbaycanın Təbriz, Parsabad, Ərdəbil, Çaypara və s. şəhərlərində də bu məsələlərlə ilə bağlı şüarlar yazılmışdır.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …

Bir cavab yazın