Şənbə , Fevral 27 2021
azfa

Urmiyada İbrahim Nuriyə Azadlıq tələbilə divarlara posterlər yapışdırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin günahsız yerə yaxaladığı azərbaycanlı milli-mədəni fəal İbrahim Nurinin azadlıq tələbilə Əhər şəhərində divarlara şüarlar yazılandan sonra Urmiyada da fəala Azadlıq tələbilə divarlara posterlər yapışdırılıb.

Hazırlanan posterlərdə İbrahim Nurinin şəkli əks olunub və posterdə “Hüquq ixtisası üzrə öyrənci, azərbaycanlı milli-mədəni fəal  İbrahim Nuri təxminən 2 aydır ki, Evin (Tehran) zindanının 209-cu bəndində qeyri-müəyyən vəziyyətdə saxlanılır. İbrahim Nuri azad edilməlidir. Azərbaycan Milli Hərəkatı – Urmiya” sözü yazılıb.

2 gün öncə Beynəlxalq Əfv Təşkilatı da azərbaycanlı fəallara təzyiqlərələ bağlı avqust ayının 11-də geniş bir bəyanat yayıb. Bəyanatda işğalçı İran rejimində azərbaycanlı mədəni fəalların qanunsuz saxlanılması pislənərək, İbrahim Nurinin qeyd-şərtsiz azadlığa buraxılması tələb olunub.

İbrahim Nuri iyul ayının 2-də Tehranda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq ETTELAAT İdarəsinin nəzarətində olan Evin zindanının 209-cu bəndinə aparılıb.

İ.Nuri saxlanılmadan bir neçə gün əvvəl, Ettelaat İdarəsi ona və qardaşı Fərəc Nuriyə Babək qalası yürüşünə getməklə bağlı xəbərdarlıq edib. Bildirilib ki, yürüşə qatılacağınız təqdirdə saxlanılacaqsınız.

Azərbaycanlı fəal saxlandığı gündən yalnız bir dəfə ailəsi ilə bir neçə saniyyəlik telefon əlaqəsi saxlayıb, bu müddətdə onunla görüşmək də mümkün olmayıb.

Məlumata görə, müstəntiq fəalın dosyesi ilə maraqlanan Fərəc Nuriyə qardaşının bu yaxınlarda azadlığa buraxılmayacağını deyib. Onun sözlərinə görə, İ.Nuri Ettelaat məmurları tərəfindən dindirilir. Ona görə də yaxın vaxtlarda sərbəst buraxılacağı gözlənilmir.

Xatırladaq ki, İbrahim Nuri Babək Qalası Qurultayı ərəfəsində irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən Tehranda yaxalanaraq, Evin zindanının 209-cu bölməsinə aparılıb.

Həmçinin yoxlayın

Hollandiya parlamenti Çinin uyğur türklərinə qarşı soyqırımını tanıdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Hollandiyanın Nümayəndələr Palatasının əksəriyyəti Çində uyğur türklərinə qarşı …

Türk dünyasının mənəvi mərkəzi Türküstan Ümumdünya İrsi Şəhərləri Təşkilatına üzv oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk dünyasının mənəvi mərkəzi – Qazaxıstanın Türküstan şəhəri …

Bir cavab yazın