Çərşənbə axşamı , İyun 10 2025
azfa

Urmiyadan başlayan “Biz Azərbaycanın özüyük” kampaniyası bütün Güney Azərbaycana yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ermənistanın tərbi təcavüzünü pisləmək və Azərbaycana dəstək olmaq məqsədilə Urmiyadan başlanana “#Biz_Azərbaycanın_Özüyük” kampaniyası qısa müddət bütün Güney Azərbaycan şəhərlərinə yayılıb. Kampaniyaya minlərlə insan qoşulub.

Güney Azərbaycandan olan fəallar əllərində həmin şüar yazılmış plakatlar tutaraq, Quzey Azərbaycan Ordusunun Qarabağı azad etmək üçün keçirtdiyi əks hücum əməliyyatlarına dəstək verməklə yanaşı, İran rejiminin açıq və gizli yollarla işğalçı Ermənistana göstərdiyi hərbi və yanacaq yardımına etiraz edirlər.

Ermənistanın Azərbaycana qarşı yeni hərbi təcavüzü və Azərbaycan ordusunun əks hücumu nəticəsində Qarabağı azad etməkyə davam etdiyi bir vaxtda İranın Nurduz gömrük məntəqəsindən Ermənistana hərbi texnika, eləcə də erməni tanklarına yanacaq göndərməsi Güney Azərbaycanda ciddi etirazlarla qarşılandı.  

İranın son aylarda Ermənistanı Rusiya və sair ölkələrdən göndərilən hərbi silah-sursatla təmin etməsi güney azərbaycanlılar tərəfindən böyük narazılıqla qarşılanmışdı. Onlar on minlərlə insanların iştirakı ilə keçirilən mitinqlərlə yanaşı “Biz Azərbaycanın özüyük” kampaniyasına başladılar.

Qeyd etmək lazımdır ki, sentyabrın 29-da Ərdəbilin Ciral parkında Quzey Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etmək üçün keçirdiyi hərbi əməliyyatlara dəstək məqsədi ilə təşkil edilmiş aksiyada 30-dan çox milli fəal həbs edilib. Həmçinin oktyabrın 1-də Güney Azərbaycanın əksər şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan, Ərdəbil və s. şəhərlərində on minlərlə insanın iştirakı ilə İranın işğalçı Ermənistana silah göndərilməsinin dayandırılması məqsədilə və Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Ermənipərəst İran rejimi aksiyalarda 100-dən çox azərbaycanlı fəalı həbs edilib. Lakin Güney azərbaycan dirənişə ciddi-cəhdlə davam edib və 100 minlərlə insan İranın Antiazərbaycan mövqeyinə etirazlarını davam etdiriblər. Nəticədə İran rejimi sözdə də olsa geri addım atmağa məcbur oldu.

İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Bir müddət öncə isə Amnesty İnternational yaydığı bəyanatda Tehran rejimi tərəfindən azərbaycanlı fəalların kütləvi şəkildə həbsindən narahat olduğunu bildirərək, onların dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb etmişdi.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Media Turk TV”-də “Rusiyadan növbəti həyasızlıq – Bakıdan nə istəyirlər?” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Ərdəbildə azərbaycanlı siyasi məhbus Mürtəza Pərvinin yüzlərlə posteri paylanıb

GADTB: Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı fəal Mürtəza Pərvinin yüzlərlə posteri yayılıb. Ərdəbildə bir qrup …

Bir cavab yazın