Çərşənbə axşamı , Noyabr 12 2024
azfa

Uyğur türkləri ABŞ-dan Çinin izləmə şirkətinə qarşı sanksiya tətbiq etməyi istəyir

‍ GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Çin hökuməti Şərqi Türküstan Uyğur muxtar regionunda insanların gündəlik həyatına nəzarət etmək üçün ən müasir texnologiyalardan istifadə edir. Bunu hazırda həbsdə olan uyğur iqtisadçı alim İlham Tohtinin qızı Cohər Tohti bildirib. ABŞ hökuməti Pekinin azlıqda olan uyğurlarla düşərgələrdə rəftarında rolu ilə əlaqədar Çinin Hikvision video izləmə şirkətinə qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.

Bir milyondan çox müsəlman uyğur düşərgələrdə saxlanılır. Çin hökuməti bunu təlim mərkəzləri adlandırır. Lakin tənqidçilər onların uyğurların milli kimliyini və dini etiqadını silmək üçün yaradıldığını bildirir

İlham Tohti kimi uyğur hüquq müdafiəçiləri təqib olunur. Tanınmış alim Çin rəsmiləri tərəfindən “milləti bölmək” ittihamları ilə 2014-cü ildə ömürlük həbsə məhkum edilib.

Lakin onun qızı Cohər Tohti atasının heş vaxt zorakılıq, ya da separatçılığı dəstəkləmədiyini bildirb.

O, fikrini açıq söylədiyinə görə bir də ailə üzvlərini görə bilməcəyindən qorxur. Cohər Tohti Sincanda insanların hər gün izləndiyini deyir.

“Mənim bir tanışım bir il bundan əvvəl Sincanda olub. O deyir ki, yoxlama məntəqəsini keçəndə ekranda özünün şəhərin müxtəlif yerlərində göstərildiyi azı səkkiz təsviri görüb. Bu, absurddur. Özəl həyat deyilən bir şey yoxdur.”

Birləşmiş Ştatlar Çinin Hikvision video izləmə şirkətinə qarşı uyğurların saxlanadığı düşərgələrdə rolu ilə əlaqədar daha sərt eksport nəzarəti tətbiq etməyi nəzərdən keçirir.

ABŞ-ın din azadlığı məsələləri üzrə xüsusi səfiri Sem Braunberk.

“Konqresdə bir sıra başqa təşkilatlarla bağlı da ideyaların irəli sürüldüyü qanun layihələri var. Lakin ABŞ hökuməti Hikvision şirkəti ilə bağlı xüsusi narahatlıqlarını ifadə edir.”

Cohər İlham uyğurların saxlandığı düşərgələrin fəaliyyətini dəstəkləyən şirkətlərə qarşı cəzalandırma tədbirlərini alqışlayacağını deyir.

“İstəyir ərzaq şirkəti olsun, ya da texnologiya və ya da kamera şirkəti, böyük, ya da kiçik şirkət olsun, heç birinin dəxli yoxdur, əgər həmin şirkət böyük saxlanma düşərgəsinin yaradılmasında iştirak edirsə, mən onun mövcudluğunu dəstəkləmirəm. Mən ABŞ-ı onu boykot etməyə çağrırıram.”

Rəsmi Pekin insan hüquqları pozuntularına dair ittihamları rədd edir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kanq.

“Biz Birləşmiş Ştatlardan Çinin din siyasəti və Çində din azadlığı məsələsini düzgün nəzərdən keçirməyi və başqa ölkələrin daxili işlərinə müdaxilə etmək üçün dindən istifadə etməyə son qoymasını tələb edirik.”

ABŞ prezidenti Donald Tramp bu yaxınlarda Ağ Evdə Cohər İlham və dini təqiblərə məruz qalmış digər şəxslərlə görüşüb. Birləşmiş Ştatlar həmçinin uyğurlarla rəftarla əlaqədar Çin rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsini nəzərdən keçirir.

Həmçinin yoxlayın

Güney Azərbaycanın təqaüdçülər yenidən aksiya keçirdilər

Dünən noyabrın 11-də Urmiya,Təbriz, Həmədan və s. Güney Azərbaycan şəhərlərində İran Telekommunikasiya Şirkətinin təqaüdçüləri yenidən …

Bakıda COP29-un liderlər sammitinin açılış mərasimi keçirilir

GADTB: Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin …

Bir cavab yazın