Çərşənbə axşamı , Noyabr 10 2026
azfa

WSJ: Tramp İsrailin İrana mümkün hücumuna qarşı çıxmayıb

GADTB: The Wall Street Journal yüksək rütbəli ABŞ və İsrail rəsmilərinə istinadla yazır ki, prezident Donald Tramp baş nazir Benyamin Netanyahu ilə görüşdə İrana qarşı diplomatik həllə üstünlük verdiyini bildirib, lakin Tehranın nüvə proqramını bərpa edəcəyi təqdirdə İsrailin hərbi hücum ehtimalına qarşı çıxmayıb.

Görüş zamanı Tramp “ABŞ-nin İslam Respublikasını yenidən bombalamağa ehtiyac duymayacağına ümid etdiyini” deyib, lakin Netanyahu xəbərdarlıq edib ki, İran nüvə fəaliyyətini bərpa edərsə, İsrail zərbələr endirəcək.

Hesabat ABŞ, İsrail və İran arasında gərginliyin artdığı, xüsusilə də nüvə obyektlərinə son hücumlardan sonra tərəflərin strategiyalarını yenidən gözdən keçirdiyi bir vaxtda yayılıb. Tramp hərbi təhdidin İranı diplomatik razılaşmaya məcbur edə biləcəyini düşünür, İsrail isə bu yanaşmanın effektivliyinə şübhə ilə yanaşır. / Azad İran

Həmçinin yoxlayın

İran uranın zənginləşdirilməsini həmişəlik dayandırmalıdır

GADTB: İran nəhayət anlamalıdır ki, uranın zənginləşdirilməsi proqramından “birdəfəlik və həmişəlik” imtina etməli, nüvə silahı …

İsrail Xarici İşlər Nazirliyi: İran İslam Respublikası rejiminin təhlükəsi Yaxın Şərqdən çox-çox uzaqlara yayılır

GADTB: İsrail Xarici İşlər Nazirliyi noyabrın 10-da, çərşənbə axşamı günü sosial şəbəkə “X”-də yaydığı bəyanatda …