Vaşinqton terrorla mübarizə üçün irqçi fars rejimi gəlirlərindən məhrum etmək istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ-ın Maliyyə Nazirliyi və Dövlət Departamenti irqçi fars rejimlə humanitar ticarətdə şəffaflığı artıracaq yeni mexanizmləri açıqlayıb.

Oktyabrın 25-də sözügedən iki nazirlik tərəfindən birgə yayılan açıqlamada deyilib: İranla icazə verilən sahələrdə ticarət etmək niyyətində olan ölkələr və şirkətlər ABŞ-ın Xarici Sərmayələrə Nəzarət Bürosunun qaydalarına uyğun olaraq ticarət əməliyyatları ilə bağlı bütün məlumatları təqdim etməlidirlər.

ABŞ hökuməti, İranın silah və terrorçuluq fəaliyyətləri ilə əlaqəli və ya onu dəstəklədiyinə görə ABŞ-ın sanksiya siyahısında yer alan şəxslər və təşkilatlarla hər hansı ticarət əlaqəsinin qarşısını alacağını vurğulayıb.

Açıqlamada yeni mexanizmin beynəlxalq birliyin İranla humanitar ticarəti məsələsində “daha çox ayıq” davranmasına kömək edəcəyi qeyd olunur.

ABŞ hökuməti bu mexanizmlərin məqsədinin “ballistik raket istehsalı” və “terrorçuluğa dəstək” əməliyyatlarına heç bir vəsaitin xərclənməməsini təmin etmək olduğunu bildirib.

Bəyanatda əlavə olunur ki, ABŞ Maliyyə Nazirliyinin Maliyyə Cinayətkarlığı ilə Mübarizə Bölməsi İranı çirkli pulların yuyulma mərkəzlərindən biri hesab edir və ABŞ maliyyə sistemini İranın zərərli maliyyə fəaliyyətlərindən qorumaq üçün yeni qaydalar tətbiq edib.

Bəyanatda habelə qeyd olunur ki, İranın hələ də terrorçuluğun ən böyük sponsoru olduğu və çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı qanunları qəbul tətbiq etmədiyini nəzərə alaraq, İranla ticarət əməliyyatlarında daha sərt qaydaların tətbiqi vacibdir.

Həmçinin yoxlayın

CNN-in Azərbaycanla bağlı iddiası yalan çıxdı

GADTB: İyunun 5-də CNN-in “İsrail İran müharibəsi zamanı region üzrə gizli şəbəkənin bir hissəsi olaraq …

Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib

GADTB: Şuşada Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə …

Bir cavab yazın