GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü başlayıb. Görüş Vaşinqtonda keçirilir.
Görüşdən əvvəl Blinken Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrı-ayrılıqda görüş keçirib.
Hazırda Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ dövlət katibi Entoni Blinkenin iştirakı ilə görüşü davam edir.
Danışıqların bir neçə gün davam edəcəyi gözlənilir.
Qeyd edək ki, üçtərəfli görüşdən əvvəl Blinken Ararat Mirzoyan və Ceyhun Bayramovla ayrı-ayrılıqda görüşüb.