GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin bölgüsü ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Xəzəryanı dövlətlər su səthinin bölgüsü ilə bağlı saziş imzalayacaqlar. Razılaşdırılan Konvensiya layihəsində Xəzərdə su səthinin bölgü prinsipi əksini tapıb. 15 millik suverenlik zonasına dövlətin suverenliyi şamil olunur, dövlətin ərazisi 15 mildə davam edir. 15 mildən sonra 10 mildə balıqçılıq zonası müəyyənləşdirilib. Qalan su səthi ümumi istifadədə olacaq.
Nazir müavini qeyd edib ki, su səthinin bölünməsi ilə bağlı bölgü prinsipləri ayrıca sazişlə razılaşdırılacaq və qəbul olunacaq.
Xəzərin təkinin bölgüsündə isə orta xətt və yaxud hər hansı vahid prinsip nəzərdə tutulmayıb. Xələf Xələfovun sözlərinə görə, “Razılaşdırılan konvensiya layihəsində Xəzərin təkinin üzbəüz və yanakı dövlətlər arasındakı ikitərəfli sazişlər əsasında sektorlara bölünməsi nəzərdə tutulub”.
- Xələfov bildirib ki, Xəzərin təkinin bölgüsündə orta xətt və yaxud hər hansı vahid prinsip nəzərdə tutulmayıb.
Nazir müavini qeyd edib ki, Azərbaycanla Türkmənistan və İran arasında da bu sahədəki məsələlər ikitərəfli saziş əsasında həllini tapmalıdır.
Qeyd edək ki, Azərbaycan, Qazaxsıtan və Rusiya arasında analoji ikitərəfli sazişlər artıq mövcuddur.