Xəzərin hüquqi statusu müəyyənləşirmi?

GADTB-nin Mətbuat Mərkəzinin “Apa” Xəbər Agentliyinə istinadən yaydığı məlumata görə, Rusiyada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin Xəzərin hüquqi statusu və s. məsələlərə dair görüşü keçirilib.

Görüşdən sonra Rusiya XİN başçısı Sergey Lavrov deyib ki, “Xəzərin hüquqi statusuna dair 20 illik işi yekunlaşdırdıq. Xəzərdə insidentlərin araşdırılmasına dair razılaşmada xeyli irəliləyiş əldə olunub”.Lavrov bildirib ki, bütün sənədlər ekspertlər səviyyəsində müzakirə edilir: “Onların konvensiya ilə yanaşı təsdiq üçün Sammitə çıxarılmasını planlaşdırırıq. Xüsusilə görüşdə dəniz mühitinin qorunması ilə bağlı Tehran çərçivə sazişinin icrasındakı problemi qeyd etdik. Bu saziş çərçivəsində ətraf mühitə təsirin qiymətləndirilməsinə dair protokolun qəbulu barədə razılığa gəldik. Rusiya bu mövqedən çıxış edir ki, bu protokol Konvensiyaya kimi imzalana və ya imzalanma dövlət başçılarının təsdiqindən sonra da baş tuta bilər. Bugünkü görüşü pozitiv qiymətləndiririk. 20 illik işi yekunlaşdırdıq. Konvensiyanın mətni ölkə başlarına təqdim ediləcək və ümid edirik ki, onlar tərəfindən də dəstəklənəcək”.

Nazir bildirib ki, Xəzər boyunca müdafiə sahəsində əməkdaşlıq yüksək səviyyədədir: “Bu il xəzəryanı ölkələrin hər biri silahlı qüvvələrin gəmilərinin bir-birinə dostyana səfərini təşkil edib. Biz birgə perspektivli layihələrin həyata keçirilməsi barədə razılığa gəldik. Müxtəlif aspektlərdə nəqliyyat sahəsinin inkişafını müzakirə etdik. Beş ölkə arasında iqtisadi əlaqələrə də diqqət ayırdıq. Türkmənistanın təşəbbüsü ilə nəqliyyat və iqtisadi əməkdaşlıq sahəsində hökumətlərarası razılaşmanın hazırlanması istiqamətində iş gedir. Həmçinin hüquq-mühafizə orqanlarımız arasında terrorizm, mütəşəkkil cinayətkarlıq və brokonyerliyə qarşı mübarizə sahəsində ayrıca protokoların qəbulunun vacibliyini  vurğuladıq”.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …

Bir cavab yazın