Xameneinin öldürülməsindən sonra molla rejimi 5 cinayətkar idarə edir

GADTB: ABŞ və İsrailin birgə kampaniyası keçmiş molla rejimin rəhbəri Əli Xameneinin öldürülməsi ilə nəticələndi və onun oğlu və varisi Müctəba hələ də ictimaiyyət qarşısına çıxmayıb. Buna baxmayaraq, rejim hakimiyyətdə qalır.

Bu barədə Demokratiyanın Müdafiəsi Fondunun analitikləri Conatan Saye və Samuel Ben-Urun birgə yazısında qeyd olunub.

Yazıda rejimin yaşamasının hazırda parlamentdəki əsas fiqurlardan, SEPAH-dan, Ali Milli Təhlükəsizlik Şurasından, məhkəmə sistemindən və ölkənin hüquq-mühafizə orqanlarından asılı olduğu bildirilib.

Müəlliflər İrana 5 nəfərin rəhbərlik etdiyini vurğulayıblar:

1. İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf;

2. Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Məhəmməd Bağır Zülqədr;

3. SEPAH-ın komandanı Əhməd Vahidi;

4. İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün Ejei;

5. İranın hüquq-mühafizə orqanları idarəsinin rəhbəri Əhmədrza Radan.

Qeyd edək ki, aprelin 1-də “Əl Hədəs” nəşri İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün Ejeinin Tehrana endirilən hava zərbəsi nəticəsində öldürülməsi barədə məlumat yaymışdı. Lakin onun hələ də sağ olduğu görünür.

Həmçinin yoxlayın

Molla rejimi nüvə və raket sənayesinin mühafizə olunacağını bildirib

GADTB: Molla rejimi Müctəba Xamenei adından bəyanat yayaraq, bildirib ki, İranın nüvə və raket sənayesi …

ABŞ İranın xaricdəki resurslarını bloklayacağını deyir

GADTB: ABŞ maliyyə naziri Skot Bessant “Fox News” telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ prezidenti …