Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Cənubi Azərbaycanda körpü və dəmir yolları hədəfə alındı

GADTB: Bu gün Cənubi Azərbaycanın bəzi bölgələrində körpülər və dəmir yolu xətləri hava hücumlarının hədəfi olub.

Məlumata görə, Təbriz–Zəncan avtomagistralında yerləşən bir yol körpüsü ABŞ və İsrail tərəfindən hücuma məruz qalıb. Hücumlar nəticəsində Şərqi Azərbaycan vilayətində iki əsas yol tamamilə bağlanıb.

Köhnə Qaraçəmən–Miyana yolu hər iki istiqamətdə bağlanıb.

Həmçinin Təbriz–Tehran avtomagistralının 90-cı kilometrliyində, Vərəqə yol idarəsi ərazisində gediş-gəliş dayandırılıb.

Zəncan–Həştrud əsas yolunda hərəkətdə ciddi pozuntu yaranıb. Həştrud rayon icra hakimiyyətinin ictimaiyyətlə əlaqələr bölməsi bildirib ki, günorta saatlarında rayon ərazisinin bir nöqtəsi ABŞ-İsrail qırıcıları tərəfindən hədəfə alınıb və nəticədə Zəncan–Həştrud istiqamətində nəqliyyatın hərəkəti çətinləşib.

Saat 14:40 radələrində Təbriz şəhərində çox güclü partlayış səsi eşidilib. Şəhər sakinlərinin sözlərinə görə, partlayışın səsi şəhərin əksər hissələrində hiss olunub. İlkin məlumatlara əsasən, Təbriz–Zəncan avtomobil yolundakı körpülərdən biri hədəf alınıb.

Çərşənbə axşamı, 18 fərvərdin tarixində saat 13:10 radələrində, Zəncan vilayətinin Əminabad kəndi yaxınlığında bir dəmir yolu körpüsünün hədəfə alındığı barədə məlumatlar yayılıb. İlkin məlumata görə, hücum dəmir yolu stansiyasına yaxın ərazidə baş verib.

Həmin ərazidə hərbi obyekt və ya sursat anbarının mövcudluğu ilə bağlı bəzi iddialar səsləndirilsə də, bu məlumatlar hələlik müstəqil şəkildə təsdiqlənməyib.

Bundan əlavə, Azərbaycanın digər bölgələrində – o cümlədən Kərəc, Qəzvin, Həmədan və başqa şəhərlərdə də körpü və dəmir yolu infrastrukturlarının hava hücumlarına məruz qaldığı bildirilir.

Həmçinin yoxlayın

Molla rejimi nüvə məsələsində mövqeyindən geri çəkilmədiyini bildirir

GADTB: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son hadisələrə və …

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …