
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xameneinin Trampın danışıqlar təklifinə rədd cavabı verdiyi bildirilir
Seyid Əli Xamenei ABŞ Prezidenti Donald Trampın danışıqlar çağırışına cavabında deyib ki,Tramp öz tələblərini irəli sürməyə çalışır, lakin İran bunu qəbul etməyəcək.
Əli Xamenei təkid edib ki, “İran şübhəsiz ki, onların tələblərini qəbul etməyəcək”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Xameneiyə məktub göndərərək İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün danışıqlara çağırdığını, hərbi əməliyyatdansa diplomatiyaya üstünlük verdiyini bildirib.