Bazar ertəsi , Sentyabr 7 2026
azfa

Sayın Sara xanım Azərsundan 8 Mart – Dünya Qadınlar Günü münasibətilə təbrik mesajı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Qadın və İnsan Haqların Departamentin sədri sayın Sara Azərsun dünən 8 Mart – Dünya Qadınlar Günü münasibətilə Azərbaycan və Türk Dünyasının xanımlarına təbrik mesajı yayıb.

Sayın Sara xanım Azərsunun təbrik mesajını olduğu kimi təqdim edirik:

8 Mart – Dünya Qadınlar Günü münasibətilə

Dünyadakı bütün qadınların, xüsusilə 55 milyonluq  Azərbaycan türkünün və bütün Türk dünyasının xanımlarının bayramı mübarək olsun!

Qadınlar bir icma, bir bölgə, bir ölkə və dünya üçün birlik və bərabərlik rəmzidir. İqtisadiyyat, mədəniyyət, sülh və barış qadınların rolu ilə formalaşır.

Dünyada hələ də qadınların haqları uğrunda mübarizə aparılır.

İran adlanan ölkədə Güney Azərbaycan türk qızları ən fundamental haqlarını çox mədəni şəkildə tələb edirlər və bu yolda həyatlarını fəda edirlər. Son illərdə bir neçə güney azərbaycanlı qadın fars-molla rejiminin əli ilə sivil etirazlar zamanı şəhid olub. Dr. Aylar Hacı, Hədis Nəcəfi kimi qəhrəman qızlarımız bu minlərlə şəhid qadından yalnız bir neçəsidir.

Bu mübarizə qadınların bərabər hüquqlara sahib olması və öz haqlarını əldə etməsi üçün davam edəcək.

Qadınlar və qızlar bir ölkənin varlığının qarantıdır. Onların hüquqları hər kəsin hüquqları ilə bərabər olmalıdır!

Hörmətlə

Sara Azarsun

Güney Azərbaycan Demokratik Türk Birliyinin Qadın və İnsan Haqları Departamentinin sədri

Həmçinin yoxlayın

Xoy sənaye şəhərciyində “Araz Silikon” zavodunun fəaliyyəti ilə bağlı ekoloji hesabatlar və tənqidlər- Video

GADTB: Xoy sənaye şəhərciyində fəaliyyət göstərən “Araz Silikon” zavodunun fəaliyyəti ilə bağlı ekoloji hesabatlar və …

Əli Babayi ilə bağlı yeni cinayət işi; həbs cəzalarının ümumi müddəti 7 il 3 aya qaldırıldı

GADTB: Təbriz Mərkəzi Həbsxanasında saxlanılan azərbaycanlı türk fəal Əli Babayi yeni məhkəmə işi üzrə “rejim …